Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

Misirdə tankçılar “canlı bomba”nı əzdilər – VİDEO

İyul 26
18:13 2017

Misirin Sinay yarımadasının şimalındakı Əl Ariş şəhərinin yaxınlığında “canlı bomba”nın idarə etdiyi “şəhid-mobil”in böyük insan tələfatına səbəb olacaq partlayışının qarşısı alınıb.

Selefxeber.azmilli.az”a istinadən bildirir ki, Misir ordusunun tankı və iki zirehli avtomobilinin də hərəkət etdiyi yolda “şəhid-mobil” hərbçilərə sürətlə yaxınlaşıb. Tankın qarşısında avtomobili saxlayan terrorçu qərar qəbul edənədək tank hərəkətə gəlib və “şəhid-mobil”i əzib.

Yoldakı avtomobillərdən düşən insanlar qaçmağa başlayıblar. Tank isə terrorçunun avtomobilini əzəndən sonra zirehli maşınların yanına qayıdıb. Bu zaman “şəhid-mobil” partlayır. Partlayışda 3 nəfər həlak olub. Həlak olanların ikisi qadın, biri uşaqdır. Misirin Müdafiə Nazirliyi olay barədə rəsmi açıqlamasında bəyan edib ki, tankın heyətinin cəsarətli və qəhrəmancasına davranışı terrorçuların hücumunun qarşısını alıb.

“Hərbçilər avtomobildəki partlayıcı qurğunun mexaniki dağılması nəticəsində partlayışın baş verməməsinə çalışıblar. Bundan başqa, tankın heyəti yoldakı insanları xilas etmək üçün mümkün partlayışın episentrinə doğru hərəkət edib”, – nazirliyin açıqlamasında deyilir.

“Şəhid-mobil”də 100 kq partladıcı maddə olub. Əgər terrorçuların planları baş tutsaydı, yoldakı postda və yük maşınları karvanında olan 60 insan həlak olacaqdı.

🎬

Sələf Xəbər: Məşhur alim şeyx Əhməd Ən-Nəcmi (Allah ona rəhmət etsin) deyirdi: “Allaha and olsun ki, İslam xəyanətlə gəlməmişdir. Əl altından törədilən partizan qətlləri, nümayişlər və mitinqlər İslam dininin istəyi deyil. Lakin bütün bu işlər məhz qeyri-müsəlmanlardan gəlmişdir. İndi isə öz ehtiraslarının ardınca gedənlər tövhid əhlini öldürməyə və bunun Allah yolunda cihad olduğunu deməyə başlayıblar. Əslində isə, onlar Allah yolunda heç bir cihad etmirlər!”

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930