Moldova MDB-dən çıxmağa hazırlaşır
Avqust 25
17:05
2014
887 dəfə baxılıb
Musavat.com-un xarici mənbəyə istinadən verdiyi məlumata görə, Moldovanın müxalif Liberal Partiyası tərəfindən irəli sürülən və ölkənin MDB-dən çıxmasını nəzərdə tutan qanun layihəsi parlamentdə qeydə alınıb.
Sənədin müəllifi, partiya sədri Mixay Qimpu bildirib ki, “MDB-nin bir üzvünün təşkilatın təməl prinsiplərini pozmasından və başqa bir üzv ölkənin ərazisini qəsb eləməsindən sonra Moldova bu qurumu tərk eləməlidir”.
Xatırladaq ki, az öncə rəsmi Kişinyov Avropa Birliyi ilə assosiativ saziş imzalayandan sonra Moldovanın MDB-dən çıxa biləcəyini bəyan eləmişdi.