Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Moskva metrosunda faciə: 21 ölü, 150-yə yaxın yaralı – FOTO

İyul 16
14:13 2014

Milli.Az APA-ya istinadən bildirir ki, Moskva metrosunda baş vermiş qəza nəticəsində ölənlərin sayı 21-ə çatıb. Yaralanan 136 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan 42 nəfərinin vəziyyətinin ağır olduğu bildirilib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva bölməsinin rəisi müavini Yuri Akimov jurnalistlərə açıqlamasında xilasetmə işlərinin davam etdiyini söyləyib: “Hazırda iki yaralı hadisənin baş verdiyi yerdə qalıb. Xilasedicilər onları vaqondan çıxarmağa çalışırlar”.

Qeyd edək ki, iyulun 15-də səhər saatlarında paytaxt metropoliteninin “Park Pobeda” və “Slavyanskiy bulvar” stansiyaları arasında metronun üç vaqonu relsdən çıxıb.

📷

📷

📷

📷

📷

📷

FOTO: “RİA Novosti”

 Sələf Xəbər: Həqiqətdə, dünya həyatı təsadüflərdən ibarət deyil, və onda baş verən hadisələr dərin məna kəsb edir. Allah öz qullarının həyatını qabaqcadan elə yönəldir ki, onlardan hər bir öz həyatı barəsindən düşünə bilsin. Axı biz öz mövcudluğumuzun mahiyyəti haqqında düşünməyi unudaraq çox vaxt dünya təlaşında yaşayırıq və həyat su barmaqlarımızın arasından axdığı kimi keçib gedir. Əgər insan öz varlığının mahiyyəti haqqında düşünmürsə, Allah öz Mərhəməti ilə Özü sınaqlar vasitəsilə onu öz mövcudluğu və ölümü barəsində düşünməyə vadar edir.

Uca Allah buyurur: “İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar.”(Müqəddəs Quran, “Rum” surəsi, 41-ci ayə).

Yəni müsibət və sınaqlar insanların üzərinə ağır yük kimi çökür ki, onlar öz hərəkətləri, öz həyatları haqqında fikirləşsinlər, tövbə edib Tövhid (TəkAllahlıq) yoluna yönəlsinlər. Belə vəziyyətdə sağ qalmaq, o xilas olunan insanın özünə ibrət olduğu
kimi, digər insanlara da bu bir dərsdir. Amma, təəssüf ki, insanların əksəriyyəti öz Rəbbinin Mərhəmətinə inamsızlıq göstərir və Allahdan başqa digər ilahlara ibadət etməyə davam edirlər.

Uca Allah buyurur: “Onlar gəmiyə mindikləri zaman, dini yalnız Allaha məxsus edərək, Ona yalvarırlar. (Allah) onları xilas edib quruya çıxaran kimi, yenə də (Ona) şərik qoşurlar.” (Müqəddəs Quran, “Ənkəbut” surəsi, 65-ci ayə).

Digər xəbərlər