Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Moskvada dörd McDonald’s bağlanılıb

Avqust 22
16:34 2014

“Sələf Xəbər” “BBC Azərbaycanca”-ya istinadən bildirib ki, Rusiyada yemək standartları barədə araşdırma nəticəsində istehlakçıların hüquqlarına nəzarət edən federal xidmət Moskvada McDonald’s qəlyanaltısının dörd restoranını müvəqqəti qapayıb. Rospotrebnadzor iddia edir ki, restoranlar “bir sıra” sanitariya qanunlarını pozub.

McDonald’s şikayətləri araşdırdığını bildirib və əlavə edib ki, alıcıları “təhlükəsiz və keyfiyyətli məhsullarla təchiz etmək, əsas prioritetdir”.

Rospotrebnadzor həmçinin bəyan edib ki, Uraldakı McDonald’s restoranları da yoxlanılacaq, İTAR-TASS xəbər agentliyi məlumat verir. Moskvada restoranların bağlanılması, Uralda isə növbədənkənar yoxlanılmalar, Ukrayna münaqişəsinə görə Rusiya ilə Qərb arasındakı gərginliyə təsadüf edir.

Avqustun əvvəlində Rusiya Aİ, ABŞ və bəzi digər Qərb ölkələrindən məhsulların idxalına “tam embarqo” tətbiq edib. Bu, Qərbin Ukraynaya görə sanksiyalarına cavab olub.

Digər xəbərlər