Müsəlmanlar dağıdılmış məscidi bərpa edəcəklər
2. 336 dəfə baxılıb
“İslam-today” RİA Novosti-yə istinadən yazır ki, müsəlmanlar mərmi atəşi ilə zərər görmüş Donetsk şəhərinin baş məscidi olan “Əhat-Cami”-ni özləri bərpa etməyə hazırdır. Bu barədə “Umma” – Ukrayna Müsəlmanları Dini İdarəsinin müftisi Səid İsmaqilov bildirib.
Xatırladaq ki, Slavyansk şəhərinin Ukrayna ordusu tərəfindən daim mərmi atəşinə tutulması səbəbilə öz evlərini tərk etmiş qaçqınlar – məshəti türkləri may ayında məhz bu məscidə sığınmışdı.
Qeyd edək ki, “Əhat-Cami” adlanan bu məscid 3 sentyabr 1999-cu ildə açılmışdır. Donbassda tikilən ilk məsciddir. 2012-ci ildə isə, Donetsk şəhərinin baş məscidi olan bu ibadətgah və ətrafdakı ərazi “Şaxtyor” Futbol Klubunun prezidenti Rinat Axmetovun dəstəyi ilə əsaslı rekonstruksiya edilmişdi.
Sələf Xəbər: Allah məscidlərin tikilməsini, abadlaşdırılmasını və onlara ehtiramla yanaşılmasını buyurmuşdur. Uca Allah deyir: “Bu nur Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər” (Müqəddəs Quran, “Nur” surəsi, 36-cı ayə).