Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

Növbəti miqrant faciəsi: 5 uşaq batıb

Oktyabr 29
17:36 2015

Yunanıstan sahilləri yaxınlığında miqrantları daşıyan dörd qayığın batması nəticəsində 5-i uşaq olmaqla 7 nəfər ölüb.

“Sələf Xəbər” APA-ya istinadən məlumat verir ki, 200 nəfərdən çox miqrantı xilas etmək mümkün olub.

Suda qalan insanların dəqiq sayı məlum deyil. Hadisə yerində xilasedici əməliyyat davam edir.

Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına görə, 2015-ci ilin əvvəlindən Avropaya dəniz yolu ilə 704 227 nəfər gəlib. Onlardan 3 257-si Aralıq dənizində batıb və ya itkin düşüb.

Sələf Xəbər: Uca Allah buyurur: “Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!” (Qurani-Kərim, “Ənbiya” surəsi, 35-ci ayə)

“Ölüm bütün məxluqların nəsibidir. Bu bir piyalədir ki, onu hər kəs, hətta o, uzun ömür yaşasa da belə, içməlidir. Allah-Təala Öz qullarını yerdə xəlq etmişdir, onlara hökmlər və qadağalar nazil etdikdən sonra isə onları xeyir və şərlə, var-dövlət və yoxsulluqla, qüdrət və alçaldılma ilə, həyat və ölümlə imtahana çəkir.

Uca Allah buyurur: “Mülk Əlində Olan nə qədər xeyirxahdır. O hər şeyə qadirdir. Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır!” (Qurani-Kərim, “Mülk” surəsi, 1-2-ci ayələr). (Bax “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930