Rusiyanın İŞİD-ə qarşı mübarizə üsulu
875 dəfə baxılıb
Avqustun 1-dən Rusiya İctimai Palatasında İŞİD xəvaric terror qruplaşmasına qarşı mübarizə üzrə “qaynar xətt” açılır.
“Sələf Xəbər” Azvision.az-a istinadən məlumat verir ki, bu barədə Rusiya İctimai Palatasının komissiya rəhbəri Yelena Sutormina bildirib.
Sutormina bildirib ki, vətəndaşlar qaynar xəttə zəng etməklə yanaşı, elektron məktubla da müraciət edə bilərlər. “Sentyabrda Rusiyanın mərkəzi rayonlarından birində antiterror komitəsi ilə metodiki təlimatlar işləmək üçün praktiki konfrans keçirmək istəyirik, ali məktəb rektorları da tədbirə qatılacaq”, – deyə Sutormina vurğulayıb.
Sutormina vurğulayıb ki, İŞİD xəvaric terror qruplaşması Rusiyaya tərəfdar toplamaq üçün perspektivli ölkə kimi baxır.
İraq və Suriya ərazisində 2013-2014-cü illərdən fəaliyyət göstərən silahlı paramilitar qruplaşma olan İŞİD xəvaric terror qruplaşması Rusiya tərəfindən terror təşkilatı kimi tanınır.
Sələf Xəbər: Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (“Şərhu usul ət-təfsir”)