Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Rusiyaya qazanc üçün gedən azərbaycanlıların sayı azalıb

İyul 26
17:41 2014

Oxu.Az “Exo” qəzetinə istinadən xəbər verir ki, Azərbaycandan Rusiyaya gedən əmək mühacirlərinin sayı azalıb. Ekspert Azər Allahverdiyev bunu, ilk növbədə, Rusiya miqrasiya qanununun sərtləşməsi ilə əlaqələndirir.

Əvvəl mühacir Rusiyada üç ay qala bilərdi, müddət bitdikdən sonra ölkəni tərk etməli idi və bir müddət keçdikdən sonra yenidən qayıda bilərdi. Beləliklə də qanun ildə dörd dəfə bu dövlətin ərazisinə gəlməyə icazə verirdi. İndi isə qanunda edilən dəyişikliklərə görə mühacirlər Rusiya ərazisində üç ay olduqdan sonra ölkəni tərk etməli və geri, yalnız üç aydan sonra qayıda bilərlər. Yəni, bundan sonra mühacir bu ölkəyə ildə iki dəfə gedə bilər.

Ekspertin sözlərinə görə, bu, Rusiyaya gedən əmək mühacirlərinin ümumi sayında özünü mənfi göstərir.

“Digər tərəfdən isə əgər əvvəllər mühacir maneəsiz şəkildə burada əmək fəaliyyətinə başlaya bilərdisə, indi bunun üçün o, əvvəlcə rus dili və bu dövlətin tarixindən imtahan verməli, müvafiq qiymət və rus dili və tarix biliklərinə dair şəhadətnamə almalıdır.

Hələ 2014-cü ilin birinci yarımilliyi üçün nəticələr hesablanmayıb, amma son dövrdə baş verən hadisələri və informasiyanı nəzərə alsaq deyə bilərik ki, Rusiyada əmək mühacirlərinin sayı azalır, bu isə Rusiya hakimiyyətini narahat edir. Məhz bunun üçün artıq RF-da əmək kvotasının ləğv edilməsi barədə müzakirələr aparılır”, – ekspert əlavə edib.

 Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Qarşılıqlı razılıqla aparılan ticarət istisna olmaqla mallarınızı öz aranızda haqsız yerə yeməyin və bir-birinizi məhv etməyin. Həqiqətən, Allah sizə qarşı Rəhmlidir.” (Müqəddəs Quran, “Nisa” surəsi, 29-cu ayə).

“Uca Allah Öz mömin qullarına bir-birinin əmlakını qanunsuz yolla yeməyi qadağan etmişdir. Bu qadağa başqasının mülkiyyətini güc tətbiq etməklə, oğurlamaqla, qumarda udmaqla və digər alçaq qazanc vasitələri ilə mənimsəməyə aid edilir. Bundan başqa, qadağa həm də təkəbbürlüyündən öz mülkiyyətini israfçılıqla xərcləyənlərə də şamildir, çünki bu ədalətsiz və günahkar əməldir.

Allah qanunsuz yolla özgəsinin mülkiyyətini əldə etməyə və xərcləməyə qadağa qoyduqdan sonra, öz əmlakını ticarət etmək və digər icazə verilmiş qazanc növləri vasitəsilə çoxaltmağa icazə vermişdir. Bu vasitələr ancaq müəyyən şərtlər çərçivəsində, razılıq verilmiş sayılır; şərtlərdən biri də tərəflərin qarşılıqlı razılığıdır. Qanunsuz yolla əmlak əldə etmənin, özünə və bu mülkü alan şəxslərə zərər vurulmasının qadağan edilməsindən sonra, Uca Allah insanlara yaşamaq üçün ticarətlə, peşələrlə, günəmuzd işlə və insanlara fayda gətirən digər fəaliyyət növləri ilə məşğul olmaqla qazanc əldə etməyə icazə verir.

Allah ticarət əqdləri bağlamağa ancaq tərəflərin qarşılıqlı razılığı ilə icazə verərək qeyd edir ki, əqd bağlanarkən sələmçiliyə əsaslanılmamalıdır. Sələmçilik və müamilənin ticarətlə əlaqəsi yoxdur, çünki belə əqdlər tamamilə başqa niyyətlərlə bağlanılır.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər