Sergey Lavrov: “İŞİD artıq nəzarətdən çıxıb”
1. 033 dəfə baxılıb
“Sələf Xəbər” APA-nın Moskva müxbirinin məlumatına əsasən xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov dünən keçirdiyi brifinqdə İŞİD-in “yalnız İraqda ABŞ-ın maraqlarına toxunandan sonra” terrorçu təşkilat adlandırıldığını deyib.
““Ərəb baharı” başlayanda biz, Qərbdəki tərəfdaşlarımıza təklif etdik ki, bir yerdə işləyək. Bu təkliflərdən biri beynəlxalq terrorizmə qarşı birgə mübarizə aparmaq idi. Tərəfdaşlarımız razılıq versələr də, əməldə əksini etdilər. Onlar “Ərəb baharı”nın baş verdiyi ölkələrdə hakimiyyətə qarşı olan bütün qruplara dəstək verdilər”, – nazir deyib.
Onun sözlərinə görə, “Ərəb baharı”nın baş verdiyi ölkələrdə hakimiyyətə qarşı vuruşan terrorçu qruplar hazırda Qərbin hədəfinə çevrilib: “Qərbdəki tərəfdaşlarımız bunu Liviyada və digər Şimali Afrika ölkələrində, Suriyada, İraqda etdilər. Həmin terrorçu qruplar sonra Qərb ölkələrinin özlərinə qarşı çıxdılar. Bunu Malidə də gördük. İndi də Suriyada, İraqda görürük.
İŞİD terror təşkilatı Bəşər Əsədə qarşı vuruşduğundan Qərb tərəfindən dəstəklənirdi. Lakin İŞİD İraqda ABŞ-ın maraqlarına toxunanda, Bağdadı hədəf seçdiyində, Qərb tərəfindən terrorçu təşkilat elan edildi. Məlum olanda ki, onlar ABŞ-ın İraqdakı layihələrinə təhlükə törədirlər, o zaman İŞİD-a qarşı mübarizə aparmaq qərarına gəldilər”.
Sergey Lavrov İŞİD-in artıq nəzarətdən çıxdığını da vurğulayıb.
Sələf Xəbər: Şeyx Saleh as Suheymi (Allah onu qorusun) buyurmuşdur: “Şəriətin Ənsarları – DAİŞ , elə bir aldadıcı addır ki, zahirən guya islamı yaymaq, həqiqətdə isə İslamın düşmənlərinə xidmətdədirlər”. (DAİŞ – ərəbcədən tərcümədə “İŞİD” (İraq və Şam İslam Dövləti) deməkdir).