Slavyanskdan olan məshəti türkləri Azərbaycana yola düşüb
1. 130 dəfə baxılıb
AZE.az saytının xəbər verdiyinə görə, Slavyansk yaxınlığındakı kəndlərdə yaşayan məshəti türkləri burada Ukrayna hərbçiləri və döyüşçülər arasında gedən döyüşlər nəticəsində ağır şəraitdə qalıb. 700 yaxın ahıskalı öz evlərini tərk etməyə məcbur olub.
Ahıska türklərinin “Vətən” cəmiyyətinin Donetsk nümayəndəsi Nəbican Basatovun sözlərinə görə, Slavyansk yaxınlığındakı iki kənddə məshəti türklərinin yaşadığı üç ev dağıdılıb. Qadın və uşaqlar evlərini məcbur tərk edib. Onlar Donetskdəki məsciddə müvəqqəti sığınacaq tapıb, Lev Qumilyov Mərkəzi bildirir.
TRT Haber telekanalının bildirdiyinə görə, Basatov deyib: “Hal-hazırda 700-dən çox ahıska türkü öz evlərini tərk edib daha təhlükəsiz yerlərə sığınıblar. Onların çoxu Xerson vilayətinə, Rostova (RF), eləcə də Azərbaycana yollanıb”.
Basatov Slavyanskdakı döyüşlərin intensivliyinin günbəgün artdığını da qeyd edib. “Belə bir vəziyyətdə Slavyanskda yaşayan Ahıska türkləri Türkiyədən yardım istəyir”, – “Vətən” cəmiyyətinin nümayəndəsi əlavə edib.
Sələf Xəbər: Müsibət və sınaqlar insanların üzərinə ağır yük kimi çökür ki, onlar öz hərəkətləri, öz həyatları haqqında fikirləşsinlər, tövbə edib təkallahlıq yoluna yönəlsinlər.
İnsan belə vəziyyətdə sağ qala bilməsi – həm sağ qalmış kəsin özü, həm də ətrafındakılar üçün möcüzə və əlamətdir. Amma, təəssüf ki, insanların əksəriyyəti öz Rəbbinin Mərhəmətinə inamsızlıq göstərir və Allahdan başqa digər ilahlara ibadət etməyə davam edirlər.
Uca Allah buyurur: “Onlar gəmiyə mindikləri zaman, dini yalnız Allaha məxsus edərək, Ona yalvarırlar. (Allah) onları xilas edib quruya çıxaran kimi, yenə də (Ona) şərik qoşurlar.” (Müqəddəs Quran, “Ənkəbut” surəsi, 65-ci ayə).