Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

Suriya 4 yerə bölünür

May 04
17:39 2017

Selefxeber.az-ın məlumatıına görə, Axar.az xəbər verir ki, bunu Astana danışıqlarında Rusiyanı təmsil edən nümayəndə heyətinin rəhbəri, Putinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyev qeyd edib.
Lavrentyev mayın 4-də sözügedən məsələnin rəsmiləşməsi üçün sənədlərin imzalanmasına hazırlıq getdiyini bildirib.

“Hazırda sənədlər üzərində tamamlanma işləri gedir, məhz bu səbəbdən detallar barərədə hələlik heç nə deyə bilmərəm. Məsələ ilə bağlı Türkiyə və İran nümayəndə heyəti ilə danışıqlar aparılır”, – Lavrentyev vurğulayıb.

Qeyd edək ki, bu gün Astanada Suriya problemi ilə bağlı çoxtərəfli görüş keçirilir. Müzakirələr sabah da davam edəcək.

Sələf Xəbər: Bu kədərli fakt inqilabların, ümumiyyətlə, xeyir gətirmədiyinin, bir qayda olaraq, qanın axıdılması və vətəndaşların rifahının dağıdılması şəklində anarxiya ilə nəticələnməsinin aşkar sübutudur.

Görkəmli İslam alimi şeyx Useymin (Allah ona rəhmət etsin) deyirdi: “İnsanlar İslama kömək etmək arzusu, və rəhbərlərinin zəlalətdə və ya küfrdə olması bəhanəsi altında öz hökumətinə qarşı çıxdığı vaxt, görürük ki, belə çıxışlar baş verdikdə, əksinə, vəziyyət pisləşir, bu insanların istədiyi gözləntilər baş vermir. Hər şey əvvəlkindən daha da pisləşir. Bu dediklərimizə çox da dəlil sübut axtarmağa ehtiyac yoxdur Sadəcə bu çevrilişlərin və inqilabların baş verdiyi bütün ölkələrə baxın. İndi orada camaat hər şeyin əvvəlki kimi olmasını arzu edir.” (Dinlə “Şərh Bululuğ al-Məram”).

Bununla əlaqədar olaraq, İslam müsəlman-rəhbərə qarşı üsyan etməyi və müxalifətdə olmağı qəti surətdə qadağan edir, hətta əgər həmin rəhbər insanlara əzab verir və ədalətsiz hökm edir. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Hökmdara qulaq as və tabe ol. Hətta əgər o sənin kürəyinə vuracaq və sənin əmlakını götürəcəksə belə, ona qulaq as və tabe ol.” (Muslim).

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930