Sələf Xəbər


SON XƏBƏRLƏR, SUAL-CAVAB

 Son Xəbərlər

Fevral ayı üçün SUAL-CAVAB

Mart 08
18:57 2016

Bismilləhir Rahmənir Rahim

Əssələmu aleykum və rəhmətullahi və bərəkətuhu!

Dəyərli oxucularımız “Sələf Xəbər” saytı Fevral ayı üçün sualların cavablarını sizə təqdim edir.

Sizi maraqlandıran sualları bizə ünvanlayın.

Sualları Beynəlxalq Mədinə İslam Universitetinin məzunu Abdurrahim Muradlı cavablandırıb.

SUAL – 039

Sual: Salam aleykum. Sualim beledirki, eger bir nefer haqda xow sozler daniwiramsa, o qiybet sayilirmi?
Ve ya bir hadise haqda kimese daniwiram ve o hadisede bir nece adamin eledikleri haqda daniwiramsa, bu qeybet sayilir?

Salam aleykum. Cazak Allahu xayran.

Cavab: Va aleykumus salam va rahmatullahi va barakatuhu! Qeybət bir insan haqqında onun xoşlamadığı sözləri danışmaqdır. Əgər sizin onun haqqında danışdığınız sözlər xoşuna gəlmirsə, bu qeybətdir.
Əgər bir neçə adam haqqında danışarkən kiminsə xoşuna gəlməyən sözlər desəniz bu da qeybətə aid olacaqdır.
Daha doğrusunu Allah bilir.

SUAL – 040

Sual: Əvvəla salam. qardaş mən bir şey bilmək istiyirəm. Azərbaycandan Suriyaya yollanan və özlərinə sələfi deyən bir qrup şəxslər var. Suriyada minlərlə günahsız insan başını kəsən, haqsız yerə güllələyən, bir sözlə özünü Allah(c.c.) adamı hesab edən amma Allahın (c.c.) qoyduğu qaydalardan tam bixəbər olan insanları deyirəm. \”Allahu Əkbər\” deyib müsəlman başı kəsən o alçaqları deyirəm. yəhudilərin casusuna çevrilmiş o satılmış insanları deyirəm. Bilmək istəyirəm ki, sizin saytda yer alan sələfi deyəndə yuxarıda sadaladığım insanlarımı nəzərdə tutursunuz?

Cavab: Va aleykumus salam va rahmatullahi va barakatuhu! Dəyərli oxucu belə mühüm sual verdiyiniz üçün sizə təşəkkür edirik.
Siz olduqca önəmli və bizim də həssaslıqla yanaşdığımız bir məsələyə toxunmusunuz.
Bu gün islam dünyasında bir çox çəkişmələr mövcuddur və adi insanların kənardan bu çəkişmələrə baxıb baş çıxarması müşkül məsələdir.
Təbii ki, əsl sələfilərlə nə İŞİD-in, nə də digər təkfirçi qrupların heç bir əlaqəsi yoxdur.
Bizim saytın əsas məqsədlərindən biri də insanlara əsl sələfiliyi çatdırmaqdır. Siz bizim saytımızda xəbərlərə fikir versəniz görərsiniz ki, bir İŞİD sözündən sonra “terror xəvaric qruplaşması” sözlərini yazırıq. Bunu ona görə yazırıq ki, oxucular bilsinlər ki, onlar terrorçu və fitnəkardırlar. Sələfilər heç vaxt nahaq yerə qan tökməyiblər. Bizim üçün ən gözəl sələf Peyğəmbərimiz Muhəmməd (ona Allahın salavatı və salamı olsun), onun əshabələri və onların ardınca gələn əməlisaleh sələfilərimizdir.
Ona görə də bizim saytımızda deyilən sələfiliklə sizin dediyiniz – dırnaqarası “başkəsən sələfilər”lə heç bir əlaqəsi yoxdur. Onlar sələfi deyillər, çünki sələfiliyin örnəyi Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) və onun əshabələridir. Sizin dediyiniz insanların isə bunlarla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur.
Daha doğrusunu Allah bilir.

SUAL – 041

Sual: Salam aleykum. suallarim awagidakilardi qardaw:

1. Bashqasinin yerine hecc eden kese heccin savabi yazilir?

2. Evsiz ewiksiz bir ailenin israfci oldugunu bilirik ve zekatin onlara pul weklinde versek saga sola xercleyeclerinide bilirik. Bir nece adam zekatini bir yere qoyub onlar ucun ev tike bilerikmi? Yeni zekati bu xeyir iwe xercleye bilerikmi?

3. Dunyani cavaniken deyiwen kimsenin ovladlarini o ozu boyudub terbiyelendirmeyibse, onlarin saleh emellerinin savabi ona catirmi?

4. Ultrases muayinesi zamani bedene deyen jele destemazi pozurmu?

5. Mescidin yaxinliginda yawayan qadin imamin sesini ewidib evinde ona uyub namaz qila bilermi? Eger olarsa, bu onun ucun camaat namazi sayilirmi?

Allah teala size dunya ve axiret seadeti versin. Amin.

Cavab: Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Başqasının yerinə həcc edənə həcc mərasimində iştirak etmək, qıldığı namazların, etdiyi duaların savabı yazılır. Amma həccin öz savabı ona deyil, həcci etdiyi adama yazılır.
2. Bəli, siz həmin ailə üçün ev tikə bilərsiniz. Çünki kasıb ailəyə edilən ən böyük yardım onların mənzil ehtiyacını qarşılamaqdır.
3. Ataya övladın savabı onun belindən gəldiyi üçün yazılır. Yəni övlad dua edərsə savabı ona çatır.
4. Xeyr, ultrasəs müayinə zamanı vurulan jele dəstəmazı pozmur. Dəstəmazı pozan amillər bədəndən çıxan məlum ifrazat, yaxud çıxma ehtimalı olan hallardır.
5. Xeyr, ayrı binada olub imama uymaq düzgün hesab olunmur.
Daha doğrusunu Allah bilir.

SUAL – 042

Sual: Salam aleykum. awagidaki hedis barede ne deye bilersiz?

Kim cuma günü anne veya babasının veya onlardan birisinin kabrini ziyaret eder ve orada Yasin suresini okursa, günahları bağışlanır. (Suyuti)
Salam aleykum.

Cavab: Va aleykumus salam va rahmatullahi va barakatuhu! Sizin qeyd etdiyniz bu hədis zəif hədisdir.
Bu mövzunu isbat edəcək heç bir səhih hədis yoxdur. Amma bunun əksini isbat edən səhih hədislər çoxdur. Misal olaraq sizə bu hədisi söyləyə bilərik.
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Evlərinizi qəbiristanlığa çevirməyin. O evdə ki, Bəqərə surəsi oxunar, şeytan oradan qaçar.” (Muslim).
Gördüyünüz kimi hədisdə Quran oxunmayan ev qəbiristanlıq kimi vəsf edilmişdir. Yəni, qəbiristanlıqda Quran oxunsaydı, belə deyilməzdi.

Birdə ki, insan bu dünyada nə qazanıbsa özü ilə onu aparır. Səhih hədislər göstərir ki, insan öldükdən sonra ona üç şey fayda verəcəkdir. Davamlı sədəqə, faydalı elm və onun üçün dua edən əməlisaleh övladı.
Daha doğrusunu Allah bilir.

SUAL – 043

Sual: Salam aleykum. Sualim beledirki, iki defe hecc ziyareti etmis qadin her defeki heccinde bir naqislik oldugunu dusunerek uchuncu hecc uchun oz teqaudunden pul yigib. Amma heyat yoldasi ucuncu hecc etmeye icaze vermir. O ne etsin? Getsin ya getmesin? Salam aleykum.

Cavab: Va aleykumus salam va rahmatullahi va barakatuhu! Təbii ki, həcc etmək səfərə çıxmaqdır və bunun üçün qadının məhrəmi, yəni əri icazə verməlidir. O icazə verməzsə qadının özbaşına həccə getməyi doğru deyildir. Lakin qadın ərini razılığa gətirməyə cəhd edə bilər. Əgər o razılıq verərsə, məhrəmi ilə gedə bilər.
Daha doğrusunu Allah bilir.

Digər xəbərlər