Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Övladı olmayan ailələrə XOŞ XƏBƏR – Süni mayalanma pulsuz olacaq

Dekabr 19
17:46 2017

On ildən çox müddətdə sonsuzluqdan əziyyət çəkən ailələrə ekstrakorporal mayalanma və embrionun köçürülməsi bir dəfə dövlət tibb müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına ödənişsiz həyata keçiriləcək.

Selefxeber.az-ın “Modern.az”a istinadən məlumatına görə, bu barədə “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsində qeyd edilib.

Belə ki, qanun layihəsinin 14-cü maddəsinin (Ekstrakorporal mayalanma və embrionun köçürülməsi) 14.3-cü bəndində bildirilir ki, on ildən çox müddətdə sonsuzluqdan əziyyət çəkən və sosial müdafiəyə xüsusi ehtiyacı olan ailələrə ekstrakorporal mayalanma və embrionun köçürülməsi bir dəfə dövlət tibb müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına ödənişsiz həyata keçirilə bilər.

Bu qanunun məqsədləri üçün sosial müdafiəyə xüsusi ehtiyacı olan ailələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Sələf Xəbər: Süni mayalanma – Şəriətin mövqeyi

Övlad sahibi olmaq hər bir insanın arzusudur. Lakin bəzi hallarda bu arzuya normal üsulla qovuşmaq çətin, yaxud mümkünsüz olur. Müasir tibb elmi “süni mayalanma” yolu ilə bu işdə insanlara yardım edə bilir.

Bəs görəsən İslam Şəriətinin bu məsələyə münasibəti necədir?

Redaksiyamızın məsələ ilə bağlı apardığı araşdırma əsasında deyə bilərik ki, süni mayalanmanın bir neçə üsulu var. Bunlardan bəzisi şəriətimizlə icazəli, bəzisi isə qadağandır.

Süni mayalanmanın üsullarını aşağıdakı kimi xarakterizə etmək olar:
1. Ərin spermasını yad qadının yumurta hüceyrəsi ilə mayalandırıb, ərin arvadının bətninə yerləşdirmək;

2. Yad kişinin spermasını qadının yumurta hüceyrəsi ilə mayalandırıb, arvadın bətninə yerləşdirmək;

3. Ər ilə arvadın yumurta hüceyrələrini mayalandırılıb yad qadının bətnində yerləşdirmək;

4. Yad kişinin sperması və yad qadının yumurta hüceyrələrini mayalandırıb arvadın bətninə yerləşdirmək;

5. Ər ilə arvadın yumurta hüceyrələrinin mayalandırılıb, kişinin digər həyat yoldaşının bətnində yerləşdirilməsi;

6. Ərin sperması və arvadın yumurta hüceyrəsini kənar mühitdə mayalandırıb, arvadın bətninə yerləşdirilməsi;

7. Kişinin spermasını götürüb arvadının bətninə yerləşdirilməsi.

Süni mayalanmanın bilinən halları bunlardır.

Dünya Müsəlmanları Liqasının İslam Fiqhi Şurasının 16 oktyabr 1986-cı il qərarına əsasən Siyahıdakı ilk 5 hal şəriətlə qadağandır, haramdır.

6 və 7-ci üsullar isə icazəlidir. Lakin burada da sperma və yumurta hüceyrələrinin ər və arvada məxsus olmasından tam əmin olmaq lazımdır.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:162. 209 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:155. 862 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:013. 657 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:352. 450 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:333. 661 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:302. 622 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:233. 490 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:303. 876 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:143. 171 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:464. 039 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN