Sələf Xəbər


SON XƏBƏRLƏR, SUAL-CAVAB

 Son Xəbərlər

Mart ayı üçün SUAL-CAVAB

Aprel 01
18:37 2016

Bismilləhir Rahmənir Rahim

Əssələmu aleykum və rəhmətullahi və bərəkətuhu!

Dəyərli oxucularımız “Sələf Xəbər” saytı Mart ayı üçün sualların cavablarını sizə təqdim edir.

Sizi maraqlandıran sualları bizə ünvanlayın.

Sualları Beynəlxalq Mədinə İslam Universitetinin məzunu Abdurrahim Muradlı cavablandırıb.

SUAL – 044

Sual: Salam aleykum. Sualim beledirki insan dunyasin deyiwdikden sonra saleh övladin etdiyi emellere gore onun valideynine savab yazilir. Övlad deyildikde, neve neticede nezerde tutulurmu?
Allah size dunya ve axiret seadeti versin. Amin. Salam aleykum.

Cavab:
Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əgər övladın əməlisaleh olmasında valideynin xidməti varsa, ona da onun etdiklərindən savab yazılır. Amma övlad valideyni üçün dua edirsə, hər halda savabı valideynlərə çatır, yəni xidmətləri oldu-olmadı çatır. Valideynin öyrətdikləri nəvə-nəticələrə də təsir edirsə, onlardan da ona savab gedir.
Daha doğrusunu Allah bilir.

SUAL – 045

Sual: salam aleikum bezi kesler varki onlara gostermek istemirsen ki flan flan meqale ya shekil selefxeberdendir,cunki qebul elemiye biler,mesel ucun cahillere gosterirsenki iwid pisdir,amma selefxeberde selef sozun gorub gorxub gacar))yaxud hakimiyyete garwi cixanlara ise gosterirsen alimlerin videolarin, sizin kanalda olanlari,ve evvelin ve sonun kesirsen ki bilinmesin selefxeber ve gosterirsen ki islah olsun,yoxsa selefxeber sozun gorse deyecek \”ewwwi bu selefxeberdeki…\” )) olarmi bu niyyetnen ? cazakAllahu khairan

Cavab:
Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Va aleykumus salam
Bizim saytımızın üzərindən məqsədimiz saytı reklam etmək, yaxud reytinq əldə etmək deyil. Əsas və yeganə məqsədimiz budur ki, insanlar sələfin mənhəcini olduğu kimi öyrənsinlər.
Ona görə də videonun əvvəl və ya sonunda reklamı silməklə onu kiməsə təqdim edə bilərsiniz. Lakin hazırlanmış materialı kəsib hissələrə bölməmək şərti ilə.
Daha doğrusunu Allah bilir.

SUAL – 046

Sual: Qedir xum haqqinda ehli sunne alimlerinin ittifaq etdiyi sehih metn isteyirem

Cavab:
Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Qədr-Xum hadisəsi əhli-sünnənin ən mötəbər hədis kitablarından biri olan Səhih Muslimdə belə nəql edilmişdir:

«Qədr-Xum hədisi»

Zeyd ibn Ərqəm (Allah ondan razı olsun) deyir ki, Məkkə və Mədinə arasında Xum adlanan yerdə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bizə vəz etdi. İlk olaraq Allaha həmd səna etdi, bizə (dinimizi) xatırlatdı, sonra isə dedi: “Ey insanlar, mən də bəşər övladıyam, Rəbbimin elçisinin gəlməsinə və mənim də onu qarşılamağıma çox az qalıb. Mən sizə iki ağır yükü tərk edib gedirəm. Birincisi, Allahın kitabıdır. Hidayət və nur ondadır. Allahın kitabını əsas götürün və ondan tutunun”. Bir müddət, Allahın kitabı haqqında danışıb, insanları ona rəğbətləndirdi və sonra dedi: (İkincisi) Əhli beytimdir. Allahın adı ilə əhli beytimi sizə xatırladıram. Allahın adı ilə əhli beytimi sizə xatırladıram. Allahın adı ilə əhli beytimi sizə xatırladıram”.
Husayn ibn Səburə Zeydə dedi: “Ey Zeyd, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) əhli beyti kimlərdir? Onun yoldaşları onun əhli beytindən deyillər?”
Zeyd dedi: “Bəli, yoldaşları da əhli beytindəndir. Əhli beyti, ondan sonra özlərinə sədəqə yemək haram olanlardır”.
O dedi: “Bəs onlar kimlərdir?”
Zeyd dedi: “Onlar, Əlinin, Əqilin, Cəfərin və Abbasın ailəsidir”.
O dedi: “Bunların hamısına sədəqə haram edilmişdir?”
Zeyd dedi: “Bəli”.

(Səhihi Müslim, Kitabu Fədailus Əshabə, 2408)

Digər xəbərlər