Sələf Xəbər


SON XƏBƏRLƏR, SUAL-CAVAB

 Son Xəbərlər

Noyabr ayı üçün SUAL-CAVAB (Yeniləndi)

Dekabr 05
18:31 2017

Bismilləhir Rahmənir Rahim

Əssələmu aleykum və rəhmətullahi və bərəkətuhu!
Əziz qonaq
Saytımızın suallarını Şeyx Qamət Süleymanov cavablandıracaqdır.

Siz, sizi maraqlandıran sualları bizə ünvanlaya bilərsiniz. ⤵️

Suallarınız ən yaxın münasib vaxtda cavablandırılacaqdır.

SUAL – 006

Sual: Assalamu aleykum. Mən evdə olmadıgımda oglum(12 yaşı var)ev əhlinə namazda imam dura bilərmi? Xatırladım ki,evdəkilər daha çox əzbərdən ayə bilirlər.

Cavab:
Va aleykumus salam va rahmatullahi va barakatuhu

Əgər oğlunuz namazın əhkamlarını bilirsə, o zaman evdə imamlıq edə bilər. Ümumiyyətlə namazda imamlığı kişilər etməlidirlər. Qadınlar kişilərə imamlıq edə bilməzlər. 

 

SUAL – 007

Sual: Sələm aleykum va rahmətullah va bərakətuh!
Namaz qıldığım yerlərin çoxunda güclü kənar səslər gəlir və namaz qılmaqda çətinlik çəkirəm.Gulaqlarıma pambıq tıxac taxıb namaz qıla bılərəmmi?
Allah sizdən razı qalsın!

Cavab:
Va aleykumus salam va rahmatullahi va barakatuhu

Əgər kənar səslər sizə ciddi mane olursa, o zaman qulağınıza tıxac taxa bilərsiniz.

 

SUAL – 008

Sual:  Sələm aleykum va rahmətullah va bərakətuh!
\”Hədisi Qudsi\” nədir və haradan oxumaq olar?
Allan sizə və elminizə bərəkət versin!

Cavab:
Va aleykumus salam va rahmatullahi va barakatuhu

Qüdsü hədislər mənası Allahdan, tələffüzü isə Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) olan hədislərdir. Qüdsü hədislər dərəcə etibarı ilə Quranla hədislər arasında olan hədislərdir. Bu hədislər Allahdan gələn mənaların Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) tərəfindən ifadə edilməsidir. Qüdsi hədislər kitablarda dağınıq şəkildə mövcuddur. Qüdsi hədisləri əsasən hədisin əvvəlindəki sözlərdən bilmək olur. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) hədisin əvvəlində “Allah belə dedi” – deyirsə, demək bu qüdsü hədisdir.

Qüdsü hədislərin cəm edildiyi xüsusi kitablar vardır. Bunlar əsasən ərəbcə yazılmış kitablardır.

SUAL – 009

Sual:  Sələm aleykum va rahmətullah va bərakətuh!
İşləyərək heç kəsə mane olmadan Qurana qulaq asa bilərəmmi?
Allah sizi bərəkətli etsin!

Cavab:
Va aleykumus salam va rahmatullahi va barakatuhu

Bunu etmək bəyənilmir. Quranı gərək xüsusi olaraq dinləyəsən. Ona görə belə etməyiniz bəyənilmir.

Digər xəbərlər