Sələf Xəbər


SON XƏBƏRLƏR, SUAL-CAVAB

 Son Xəbərlər

Sentyabr ayı üçün SUAL-CAVAB (Yeniləndi)

Oktyabr 05
14:43 2017

Bismilləhir Rahmənir Rahim

Əssələmu aleykum və rəhmətullahi və bərəkətuhu!
Əziz qonaq
Bu gündən etibarən saytımızın suallarını Şeyx Qamət Süleymanov cavablandıracaqdır.

Siz, sizi maraqlandıran sualları bizə ünvanlaya bilərsiniz.

Suallarınız ən yaxın münasib vaxtda cavablandırılacaqdır.

SUAL – 001

Sual: Əssəlamu Aleykum. Səfər namazı haqqında oxudum. Burada səfərə gedəndə və səfərdə olarkən namaz qılmaq qaydası verilib. Mənə aydın olmadı bəs səfərdən evə qayıdarkən namazları birləşdirmək olarmı? Xahiş edirəm ətraflı izah edəsiniz.

Cavab:

Va aleykumus salam va rahmətullahi va barəkətuhu.

Əgər namazları səfərdə birləşdirə bilməmisinizsə, məsələn səfərdə zöhr və əsri qıla bilməmisiz və yaşadığın yerə çatanda artıq məğrib namazına az vaxt qalıbsa, siz zöhr və əsr namazını tam şəkildə, yəni hərəsini dörd rükət qılmalısınız. Çünki siz artıq öz yaşadığınız yerə gəlib çatmısınız.

Daha doğrusunu Allah bilir.

SUAL – 002

Sual: Assalamu aleykum. Allah elminize bereket versin.

Icma ve ixtilaf sozlerinin werietde menasi nedir ve hansi dovr alimlerinin sozleri icma ve ixtilaf olaraq goturulur?hal-hazirda olan muasir alimler de hansisa meselede icma ve ixtilaf ede bilermi ? birdeki werietde olan her meselede icma ve ixtilaf edibler alimler? Mumkunse izah ederdiniz.

Allah razi olsun

Cavab:

Va aleykumus salam va rahmətullahi va barəkətuhu.

İcma alimlərin hamısının bir məsələdə ittifaq etməsidir. İxtilafın mənası da aydındır.

Əsasən ilk üç əsrin icması götürülür. Lakin hər əsrin də icması ola bilər. Hansısa əsrdə alimlər bir məsələ ətrafında yekdil fikrə gəlib icma edə bilərlər. İxtilafın olması da labüddür. Onun da növləri vardır. Elə ixtilaf var ki, o ixtilaf olaraq qəbul edilir. Eləsi də vardır ki, ümumiyyətlə ixtilaf olaraq qəbul edilmir, çünki əsassızdır.

Daha doğrusunu Allah bilir.

SUAL – 003

Sual: Salam Aleykum.Siz cox deyerli bir is gorursunuz bu sayti acmaqla Allah yardimciniz olsun…Amin

Cavab:

Va aleykumus salam va rahmətullahi va barəkətuhu.

Allah hər birimizi xeyrə müvəffəq etsin. 

Digər xəbərlər