Sələf Xəbər


SON XƏBƏRLƏR, TARİX

 Son Xəbərlər

Bədr döyüşü – “Səhabələrin Ramazan ayında qəhrəmanlıqları”

İyun 22
17:20 2016

İslam tarixində Ramazan ayı böyük hadisələrlə yadda qalmışdır. Belə hadisələrdən biri hicrətin ikinci ili, Ramazan ayının on yeddisi baş verən “Böyük Bədr” döyüşüdür. Bu döyüş haqq ilə batili ayırd edən, müsəlmanlara böyük üstünlük gətirən, onları qüclü və qüvvətli göstərən döyüş olmuşdur. İman gücü və düzgün hərbi taktiki quruluş sayəsində İslam dövləti bu döyüşlə böyük üstünlük əldə etdi.

Bu döyüşdə səhabələrin güclü şəxsiyyəti aşkar görsəndi. Saylarının qat-qat az olmasına baxmyaraq onlar düşmənin qarşısında səbr və dözüm nümayiş elətdirib qalib oldular.

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) müşriklərin ticarət karvanının Əbu Süfyanın rəhbərliyi altında Şamdan Məkkədə qayıtdığını öyrənir. Səhabələrdən iki nəfəri karvanı izləmək üçün göndərir, özü isə camaatı könüllü şəkildə karvana hücum etməyə təşviq edir. Onun çağırışına 314 nəfər döyüşə çıxır. Onların yalnız yetmiş baş dəvəsi, iki baş atı var idi. Hər üç müsəlman növbə ilə bir dəvəyə minirdilər.

Əbu Süfyan müsəlmanların ona hücum edəcəyindən şübhələnir, qarşılaşdığı hər kəsdən müsəlmanlar haqqında məlumat almağa çalışırdı. Əbu Süfyan təhlükə hiss edərək karvanın yolunu dəyişdi və müsəlmanlardan qorunmaq üçün Qureyşə xəbər göndərdi. Qureyş qəbiləsi silahlanıb onun müdafiəsi üçün yola çıxdılar. Əbu Süfyan karvanın xilas olduğuna əmin olduqda adam göndərib Qureyşə geri qayıtmaq barədə xəbər etdi. Məqsədləri yalnız karvanı qorumaq olan qureyşlilər bu xəbəri eşidən kimi geri qayıtmağa hazırlaşarkən, qəlbi islama və müsəlmanlara qarşı kin, ədavət və nifrətlə dolu olan Əbu Cəhl buna etiraz etdi, Bədrə gedib orada müsəlmanları məğlub etməyə, sonra isə üç gün orada düşərgə saldıqdan sonra geri qayıtmağa qərar verdi. Beləliklə karvan xilas oldu, müşriklər isə məğlub olacaqları meydana gəldilər.

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) böyük səhabələrlə, mühacir və ənsarlarla məşvərət etdi, onlar yekdilliklə müşriklərə qarşı döyüşməyə razılıq verdilər. Tərəflə döyüşə hazırlaşdılar. Döyüşdə müşriklərdən yetmiş nəfər həlak oldu, bir o qədər də insan əsir düşdü. Müsəlmanlardan isə on dörd nəfər şəhid oldu. Onların altısı mühacir, səkkizi isə ənsarlardan idi. Beləliklə müsəlmanlar düşmənlə qarşılaşdıqları ilk döyüşdən qalib halda Mədinə şəhərinə qayıdırlar.

Şeyx Əbdüləziz bin Abdullah Ali Şeyx (Allah onu qorusun) Bədr döyüşü haqqında belə demişdir:

“Böyük Bədr döyüşü şərəfli və əzəmətli bir gündür. Bu döyüşdə Allahın mələkləri də müsəlmanlarla birlikdə döyüşmüşlər. Bu müsəlmanların ilk döyüşü, həmdə ilk qələbəsi olmuşdur. Bu, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) əshabələri ilə birlikdə iştirak etdiyi ilk döyüşüdür. Bu döyüşdə haqq ucalmış, batil ilə rəzil olmuşdur.”

Sələf Xəbər redaksiyası tərəfindən hazırlanmışdır

Digər xəbərlər