Bir zamanlar bütün dünya ərəb dilində danışırdı
1. 664 dəfə baxılıb
İslam mədəniyyətinin yüksəldiyi zamanlarda ərəb dili poeziya, incəsənət və ədəbiyyatda ən çox istifadə edilən ünsiyyət dili idi.
Əgər müsəlman alimləri qədim yunan, roma, misir, fars kitablarını ərəb dilinə tərcümə etməsəydilər, günümüzə qədər gəlib çatmış bir çox elmi əsərlər itirilmiş olardı.
Belçikalı tarixçi Corc Sarton özünün “Elmin tarixi” kitabında yazır: “ VIII əsrin ikinci yarısından başlayaraq, XXI əsrin sonuna qədər ərəb dili elmin, bəşəriyyətin mütərəqqi dili idi”.
Ərəb dilinin bəşəri və universal bir dil olaraq istifadə edildiyi bir çox sahələri nəzərdən keçirək.
1. Ərəb dili – elmin dili kimi
İslam mədəniyyətinin mübah dövründə alimlər, sənətçilər, mühəndislər, şairlər, filosoflar keçmiş bilikləri saxlamaqla yanaşı, yeni ixtiralar edərək elm, iqtisadiyyat, ədəbiyyat, fəlsəfə, tibb sahələrinə böyük töfhələr verdilər. Əməvilərin və daha sonra Abbasilərin hakimiyyəti dövrlərində alimlər elmi nailiyətlər üçün hökmdarlardan çox böyük dəstəklər alırdılar.
Müxtəlif ölkə və şəhərlərdən olan alimlər eyni dildə ünsiyyət qurmaq üçün ərəb dilindən istifadə edirdilər. IX əsrdə Bağdad hökmdarlarının təşkil etdiyi intellektual görüşlər və yığıncaqlar sayəsində hər yerdən gələn ilahiyyatçılar, filosoflar və astronomlar öz fikirərini bölüşür, yeni ideyaları müzakirə edə bilirdilər.
“Guardian” qəzeti öz materiallarında bu barədə belə yazır: “Bağdad humanitar, riyaziyyat, astronomiya, tibb, kimya, zoologiya və coğrafiya kimi əhəmiyyətli dünya elmlərinin öyrənildiyi bir mərkəzə çevrilmişdi. Buradakı elm adamları qədim fars, hind, yunan əsərlərini tədqiq edib toplamaqla yanaşı, öz elmi ixtiralarını da dünyaya bəxş edirdilər”.
İbn-Sina, Əl-Razi, Əl-Xarəzmi, Əl-Jahiz kimi tanınmış alimlər müasir mədəniyyətimizin formalaşmasına kömək edən, elmi ixtiraları kəşf etmiş alimlərin az bir qismidir.
2. Ərəb dili – astronomiyanın dili kimi
Müsəlman alimlərinin əhəmiyyətli ixtiraları olan elmlərdən biri astronomiyadır. Alimlər bu sahədə ilk və mühüm bir kəşfə imza ataraq, qalaktikamız xaricində də ulduz sisteminin olduğunu bildiriblər. O zamanlar demək olar ki, artıq əksər İslam dövlətlərinin iri şəhərlərində rəsədxanalar mövcud idi.
1259-cu ildə Məhəmməd ibn Həsən ət-Tusi o dövrdə Şərqin ilk böyük rəsədxanası olan Marağa Rəsədxanasını qurdu. Müsəlman alimlər ulduzların yerini müəyyənləşdirən və onlar arasındakı məsafəni ölçə bilən aləti təkmilləşdirdilər.
Mərkəzi Asiyadan olan alim əl-Fərqani Günəşdə ləklər olduğunu aşkar etdi. Onun astronomiya sahəsindəki işləri isə 700 il ərzində Avropada tədris vəsaiti kimi istifadə edildi.
IX əsrdə Klavdi Ptolomeyin “Almagest” klassik əsəri ərəb dilinə tərcümə ediləndə bir çox ulduzlar ərəbcə adlandırıldı. Bu adlar günümüzə qədər olduğu kimi saxlanılıb.
3. Ərəb dili – incəsənətin dili kimi
Bir çox müsəlman dahiləri dünyaya tanıdan sahələrdən biri də incəsəntdir. O zamanlar İslam mədəniyyətində daha çox inkişaf etmiş dekorativ sənət formalarından biri xəttatlıq idi. Tədqiqatçıların sözlərinə görə, xəttatlığın inkişafının başlıca səbəbi İslam dinində ərəb dilinin əhəmiyyəti ilə izah olunurdu.
4. Ərəb dili – poeziya dili kimi
Ərəb dünyasında ənənəvi olaraq, poeziya olduqca bəlağətli və güclü idi.
Ərəb poeziyasının ən qədim nümunələri bizim eranın 6-cı əsrinin əvvəllərinə məxsusdur. Müxtəlif elmlərin əmələ gəlməsi ilə yanaşı, ərəb poeziyasında eyni zamanda tədqiqat və kəşflərə həsr olunmuş yeni mövzular da yaranmağa başlamışdı. Məsələn, məşhur həkim İbn Sinanın kəşfləri artıq ərəb poeziyasında öz əksini tapırdı.
5. Ərəb dili – ədəbiyyatın dili kimi
Hələ qədim zamanlardan ərəb dili öz dəqiqliyi, aydın və bəlağətli olması ilə fərqlənirdi . Ərəb dilində göndərilmiş müqəddəs kitabımız “Qurani-Kərim” buna gözəl bir isbatdır.
Hələ Abbasilər dövründə poeziya ilə yanaşı nəsr poetikası da inkişaf etməyə başlamışdı. O dövrlərdə məşhur ərəb nəsrlərinin müəllifi VIII əsrdə Bağdadda yaşamış əl-Jahiz idi. Əl-Jahiz öz dövrünün aparıcı ziyalılarından hesab olunurdu. Onun insan psixologiyasının öyrənilməsindən bəhs edən “Əl-Buxari” adlı kitabı ərəb ədəbiyyatında əhəmiyyətli mövqe tuturdu.
Mənbə: Ansar.ru
Sələf Xəbər: Uca Allah buyurur: “Biz Quranı ərəbcə nazil etdik ki, onu anlayasınız”. (Qurani-Kərim, “Zuxruf” surəsi, 3-cü ayə)
“Allah-Təala, Özünün sonuncu vəhyini bütün dillərdən ən zəngin və ən aydın olan bir dildə nazil etməsinin dəlili olaraq bu andı içmişdir. Bu ona görə edilmişdir ki, insanlar Kitabı anlaya bilsinlər. Uca Allah onun qavranılmasını asanlaşdırmış və qulları üçün əlverişli etmişdir ki, onlar onun sözlərini başa düşsünlər və onlarda əks olunmuş mənanı anlasınlar”. (Bax: “Təfsir Əs-Saadi”)