Sələf Xəbər


SON XƏBƏRLƏR, TARİX

 Son Xəbərlər

İmam Müslim və onun “Səhih” əsəri ilə tanışlıq

İyun 03
16:00 2015

“Sələf Xəbər” İmam Müslim və onun “Səhih” əsəri haqqında məqaləni təqdim edir:

Rəhimli və Mərhəmətli Allahın adı ilə

İmam Müslim kimdir?

O, Əbu əl-Hüseyn Müslim ibn Həccəc ən-Neysəburidir. Hicrətin 206-cı, miladın 821-ci ilində Neysəbur şəhərində anadan olmuş və hicrətin 261-ci, miladın 874-cü ilində vəfat etmişdir. Hədis öyrənmək üçün Hicaza, Misirə, Şama və Iraqa səfər etmişdir. Hədis elminin hafizlərindən və imamlarından sayılır. Imam Müslimin zamanında və ondan sonra yaşayan alimlər onun elmdə qüvvətli və hərtərəfli olmasını təsdiq etmişlər. Hədisləri əsasən Ishaq ibn Rahaveyh, Əhməd ibn Hənbəl, Səid ibn Mənsur və başqalarından eşitmişdir. Tirmizi, Əbu Hətim ər-Razi, İbn Xuzeymə və digərləri isə ondan hədis rəvayət etmişlər.
İmam Müslim görkəmli, müdrik, sünnəni müdafiə edən mərd alim idi. O, Buxaridən dərs almış, ondan çox faydalanmış və ona qarşı çıxanlardan üz çevirmişdir.
Müslim imam Buxari ilə hədsiz dərəcədə ədəblə davranırdı. Bir dəfə ona belə demişdi: “Ey hədis alimlərinin imamı, hədis və onun nöqsanlarının təbibi, izin ver sənin ayağından öpüm.”

Alimlərin onun barəsində dediyi tərifəlayiq sözlər:

Alimlər imam Müslim haqda yüksək tərifəlayiq sözlər demişlər. Əbu Zura və Əbu Hətim Muslimi onun zamanında yaşayan digər alimlərdən üstün tutmuşlar. Şeyx Məhəmməd ibn Əbdülvahhab əl-Fərra deyir: “Müslim insanların ən savadlısı və elm dəryası idi. Onun haqqında xeyirdən başqa heç nə bilmirəm.” Məsləmə ibn Qasim deyir: “Onun alimlər arasında qədir-qiyməti yüksəkdir.” İmam Nəvəvi isə demişdir: “Onun (bu elmdə) imam, alim olmasına, yüksək məqamına, elmdə dəqiqliyinə və öncüllüyünə hamı ittifaq etmişdir.”

Onun “Səhih” əsəri:

İmam Müslim çox kitabların müəllifidir. Ən məhşuru isə on beş ilə yazdığı “Səhih” əsəridir. O, kitabı yazarkən imam Buxarinin -Allah ona rəhmət etsin- üslubuna əsaslanmışdır. Buna görə də kitabında yalnız səhih bildiyi hədisləri qeyd etmişdir.
Müslim Səhih əsərində hədisin isnadında olan faydaları bəyan etmək üçün onu bir yerə cəm etmişdir. Buna görədə o, öz kitabında hədis üçün münasib yer seçmiş və sonra həmin hədisin digər rəvayətlərini və sənədlərini də ora toplamışdır. Buxari isə əksinə olaraq bir hədisi müxtəlif yerlərdə qeyd etmişdir. Müslimin bu üslubu onun kitabını oxumağı asanlaşdırır. Çünki hədisin bütün mətinlərini və sənədlərini bir yerdə tapmaq olur. Buxarinin kitabı isə fiqhi məsələlərdə daha üstündür. Çünki o, şəriət hökümlərinin bəyanına, hədisin daşıdığı faydaların qeyd edilməsinə daha çox əhəmiyyət vermişdi. Buna görədə o, hədisin müxtəlif mətn və isnadlarını bir yerə toplamamışdır. Əksinə hər bir rəvayəti müxtəlif sənədlə münasib hissədə nəql etmişdir.
İmam Müslim, Səhih əsərini fəsillərə ayırmışdır. Hər bir fəsili isə hissələrdən ibarətdir. Kitabda olan 54 fəsilin birincisi “İman”, sonuncusu isə “Təfsir”dir.
Hədislərin sayı təkrarsız 4000, təkrarla 7275-dir.

İmam Müslimin “Səhih” əsərinin şərhləri:

1. “Əl-Minhəc fi şərhi əl-cəmius sahih li-Muslim bin Həccəc”. Bu şərh imam ən-Nəvəvi əş-Şafiinindir. Nəvəvi hicrətin 676-cı ildə vəfat etmişdir. O, özündən öncəki bir neçə şərhi özündə birləşdirən orta həcimli və məhşur sayılan şərhlərdən biridir.
2. “Əl-Mulim bifəvaidi kitabi səhih Müslim” əsəri. Bu şərh əl-Maziri əbu Abdulla Muhəmməd bin Əlinindir. O, hicrətin 676-cı ildə vəfat etmişdir.
3. Məğrib alimlərindən olan Qazi Iyad ibn Musa əl-Yəhsabi əs-Səbti əl-Məlikinin “Ikməlul mulim fi şərh səhih Müslim” əsəri. Qazi İyad hicrətin 544-cü ildə vəfat etmişdir.
4. Əbul-Abbas Əhməd ibn Ömər ibn Ibrahim əl-Qurtubinin “Əl-Mufhim limə əşkələ min təlxisi kitabi Müslim” əsəri. Qurtubi hicrətin 611-ci ildə vəfat etmişdir.
5. Tunisli Əbu Abdulla Muhəmməd ibn Xəlifə əl-Məliki əl-Əbinin “Ikməl əl-ikməl əl-mulim” əsəri. “Əl-Əbi” sözü Tunisin “Əbə” kəndinin adından götrülmüşdür. O, hicrətin 728-ci ildə vəfat etmişdir. Yazdığı şərhdə əl-Məzirinin, Qazi Iyadın, Qurtubinin və Nəvəvinin şərhlərini cəm etmişdir.
6. Cəlaləddin əs-Suyutinin “Əd-Dibəc alə sahih Muslim bin Həccəc” əsəri. Suyuti hicrətin 911-ci ildə vəfat etmişdir.
7. Şeyxulislam Zəkəriyyə əl-Ənsari əş-Şəfinin şərhi. O, hicrətin 926-cı ildə vəfat etmişdir.
8. Şeyx Əli əl-Qari əl-Hənəfinin şərhi. Məkkədə yaşamış və hicrətin 1016-cı ildə vəfat etmişdir. Kitab dörd cilddən ibarətdir.

Digər xəbərlər