Sələf Xəbər


SON XƏBƏRLƏR, TARİX

 Son Xəbərlər

Məhəmməd Peyğəmbərin (ona salavat və salam olsun) səhabələri

Oktyabr 17
18:58 2016

Müsəlmanlar inanır ki, Məhəmməd Peyğəmbərin (ona salavat və salam olsun) ümmətində ən yaxşı nəsil onun səhabələrinin nəslidir. Bu nəslə müsəlman olub Məhəmməd Peyğəmbəri (ona salavat və salam olsun) görən və ölənədək imanlarından dönməyən bütün kişi və qadınlar aiddir. Bu o deməkdir ki, əgər bir kəs Peyğəmbərlə eyni dövrdə yaşayıb onu görübsə, lakin ancaq onun ölümündən sonra İslamı qəbul edibsə, onda o səhabə hesab edilmir. Peyğəmbər (ona salavat və salam olsun) həyatda olduğu dövrdə İslamı qəbul edib, amma onunla görüşə bilməyən kəs də həmçinin səhabə hesab edilmir.

Dindarlar səhabələri sevir, onlar üçün dua edir və bütün xeyirxah işlərdə onlara oxşamağa çalışır. Onlara bəslənən sevgi imanın bir hissəsidir, onlara qarşı ədavət isə ikiüzlülüyün təzahürü hesab edilir. Səhabələr Məhəmməd Peyğəmbərə (ona salavat və salam olsun) dəstək olmaq və Allahın dininin nurunu yaymaq üçün Onun tərəfindən seçilmişlər. Onlar peyğəmbər nurunun şölələri altında tərbiyə almış, çoxsaylı sınaqlardan keçmiş və Peyğəmbərdən götürülən bilikləri sonrakı nəsillərə ötürmüşlər. Önə çıxan keyfiyyətləri və saleh əməlləri ilə səhabələr qalan insanları üstələyib, möminliyə və mənəvi saflığa yönəlmiş hər bir insan üçün çox gözəl örnək olmuşlar.

Səhabələrin ümumi sayı haqqında dəqiq məlumatlar yoxdur. Görkəmli hədis bilicisi Əbu Zura ər-Razinin məlumatlarına əsasən, Peyğəmbərin ölümündən sonra onların sayı 124 minə çatırdı. İmam Əş-Şafinin sözlərinə görə, Peyğəmbər (ona salavat və salam olsun) öldüyü vaxt 30 min müsəlman Mədinədə, və o qədər də — qalan ərəb tayfalarında yaşayırdı. Təbük döyüşünün iştirakçılarından biri olan Muaz bin Cəbəlin şahidliyinə görə, həmin döyüşdə 30 mindən çox müsəlman iştirak etmişdi.

Alimlər yekdildir ki, səhabələrin bir hissəsi digərlərini öz əxlaqi keyfiyyətləri və məziyyətləri ilə üstələyirdilər, hərçənd hamısı etibara və hörmətə layiq idi. Səhabələri İslamı qəbul etdikləri vaxta görə təsnif edərək adətən on iki kateqoriyaya ayırırlar. Dəvətin ilk illərində İslamı qəbul etmiş səhabələr ən nüfuzlu hesab edilir. Onlara, xüsusilə, rəşidi xəlifələr Əbu Bəkr, Ömər, Osman və Əli aiddir. Bədr döyüşünün iştirakçıları olan, eləcə də Hüdeybiyyədə bir ağacın altında beyət edən səhabələrə də xüsusi ehtiram olunur. Sonuncu, on ikinci kateqoriyaya uşaq ikən Məkkənin fəthi zamanı və vida həccində Peyğəmbəri görmüş səhabələr daxildir.

Səhabələrdən ancaq bəziləri Məhəmməd Peyğəmbərin (ona salavat və salam olsun) dilindən hədislər rəvayət etmişdir. İmam Əz-Zəhabinin qiymətləndirməsinə görə, bizə biryarım min səhabədən hədis çatıb. Elm axtarışında müsəlman dünyasında uzun müddət səyahət etmiş imam Əhməd bin Xanbal 987 səhabənin rəvayətlərini toplamışdır. Onlardan başqa, daha təxminən üç yüz səhabənin adı altı ən nüfuzlu hədis toplusunda çəkilir.

Mənbə: “İslamovedenie” – “Məhəmməd – son peyğəmbər”

Digər xəbərlər