Müqəddəs Kəbənin örtüyünün tarixi – FOTO
2. 809 dəfə baxılıb
“Sələf Xəbər” alarabiya.net saytına istinadən təqdim etdiyi məqalədə Müqəddəs Kəbənin örtüyünün tarixindən bəhs edilir.Tarix və sira kitablarından Müqəddəs Kəbəni İslamdan əvvəl ilk dəfə kimin parça ilə örtdüyü aydın olur.
Tarix kitabları işarə edir ki, cahiliyyət dövründə (Məhəmməd Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) peyğəmbərlik verilməmişdən əvvəl olan dövr) Məkkəni ziyarət edərək mütiliklə daxil olduqdan sonra Kəbəni örtən ilk şəxs Yəmən kralı Tubbə əl-Humeyri olmuşdur.
Tarixçilər Kəbə tarixi barədə bəzi rəvayətləri qeyd edərək yazmışlar ki, kral Tubbə əl-Humeyri ilk dəfə Kəbəni qalın parça ilə, sonra “məafir” (parçanın düzəldiyi şəhərin adıdır) parçası ilə, sonra “rabitə” adlanan yumşaq və incə parça ilə, daha sonra isə “vasail” adlanan qırmızı və xətli Yəmən parçası ilə örtmüşdür.
Ondan sonra gələn başçılar da Kəbəni dəri və “qubati” adlanan (Qıbtlara işarədir) kətan parça ilə örtmüşdürlər. Rəvayətlərdə göstərilir ki, örtüklər, Kəbənin üzərinə üst-üstə qoyulur, ağırlıq etdikdə yaxud yararsız hala düşdükdə isə çıxarılaraq bölünürmüş.
İslamda Müqəddəs Kəbənin örtüyü: Kəbənin Məkkə fəthindən öncə örtülməsi barədə tarixçilər heç bir məlumat tapmamışdırlar. Lakin bəzi tarixçilər dəqiq olaraq deyir ki, İslamda ilk dəfə Kəbəni Məhəmməd (Allahın ona salavatı və salamı olsun) “qubati” ilə örtmüşdür.
Rəvayətlərlərdən məlum olduğu kimi, Məkkənin fəthində Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) Kəbənin üzərində olan müşriklərin örtüyünü dəyişməmişdir. Lakin bir qadın örtüyü buxurlamaq (ətirləmək) istəyən zaman parça alışmış və Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) də Yəmən parçası ilə örtüyü təzələmişdir.
Ondan (Allahın ona salavatı və salamı olsun) sonra gələn rəşidi xəlifələri Əbu Bəkr və Ömər (Allah onlardan razı olsun) Kəbə örtüyü üçün “qubati” və Yəmən parçalarını, Osman (Allah ondan razı olsun) isə biri digərinin üzərində olan iki parça istifadə etmişdir, bu da İslamda ilk dəfə baş vermişdir. Əliyə (Allah ondan razı olsun) gəldikdə isə onun Kəbəni örtməsi barədə heç bir rəvayət yoxdur.
Buna səbəb onun başının xəlifəliyi dövründə baş verən fitnələrə qarışması olmuşdur. Rəşidi xəlifələrdən sonra gələn başçılar da Kəbə və onun örtüyü ilə maraqlanmış və bunu dində vacib bir əməllərdən saymışdırlar.Müqəddəs Kəbənin Səudiyyə dövründəki örtüyü: Müqəddəs Kəbənin örtüyü əsrlər boyu müxtəlif hadisələr və çoxsaylı ixtilaflara məruz qalmış və yeni əsrlərdə də siyasi müdaxilələrdən belə uzaq dura bilməmişdir.
Uzun əsrlər boyu Kəbənin örtüyünü göndərən Misir hicri ilə 1344-cü ildə siyasi səbəblərə görə təminatı dayandırmışdır. Bundan sonra isə 1346-cı ildə Səudiyyə Ərəbistanı Krallığı Məkkə şəhərinin Əcyəd məhəlləsində yerləşən xüsusi bir evdə Kəbənin örtüyünü tikməyə başlamışdır. Bu ev, cahiliyyət dövründən sonra Hicazda ilk dəfə Kəbənin örtüyünün tikilişi üçün ilk xüsusi yer olmuşdur. Eyni ildə də Kəbənin parçası yenilənmiş və, bu, Məkkədə toxunan ilk Səudiyyə örtüyü hesab edilmişdir.
Məkkə şəhərinin Ummul-cud prospektindəki “Kəbə örtüyü” fabriki: Səudiyyə Krallığının təsisçisi Kral Əbdüləzizin övladları tərəfindən də örtüyün tikilməsi və inkişaf etdirilməsi davam etmiş və Kəbənin örtüyü fabriki hicri ilə 1397-ci ildə Ummul-cud prospektindəki ən müasir tikiş avadanlıqları ilə təchiz edilmiş yeni fabrikə köçürülmüşdür.
Müqəddəs Kəbənin örtüyünün tikilmə mərhələləri: Kəbənin örtüyü bir neçə şöbədə texniki və işlətmə mərhələlərini keçir:
Boya şöbəsi: Bu şöbənin işi ipək sapların üzərinə yapışmış maddələri isti hovuzlar və xüsusi kimyəvi maddələrlə ölçülmüş müəyyən istilik dərəcələrində yox etməkdir. Bundan sonra da ipək sap xarici örtük üçün qara, daxili örtük üçün isə yaşıl rəngdə boyanır. Örtük üçün işlədilən təbii ipəyin çəkisi 670 kq-dır.
Laboratoriya şöbəsi: Bu şöbə ipək və pambıq saplar üzərində müxtəlif sınaqlar apararaq tələb olunan keyfiyyətlərə uyğun gəlməsi üçün sapların sıxlığını və gücünü yoxlamaqla məşğuldur.
Əl ilə toxuma: Əl ilə toxuma şöbəsi, dünyada məşhur olan, öz dəyərini qoruyub saxlamaqda davam edən bir şöbədir. Hazırda isə bu şöbə digərlərindən fərqli olaraq toxuma əməliyyatını dayandırmış və yalnız gələn qonaqlara Səudiyyə dövrünün istehsal etdiyi örtüyü göstərmək üçün təqdim olunmaqdadır. Bununla yanaşı hal-hazırda lazımi qaydada boyanması üçün əl ilə saplardan seyrək tikilmiş parçalar toxunur, Quran ayələri yazılması və gümüşü və qızılı rəngdə olan İslam naxışları ilə bəzədilməsi üçün xüsusi aparatlara da əl ilə dolanmaqdadır.
Avtomatik toxuma: Ən yeni və yüksək texnologiya ilə təchiz edilmiş bu şöbə Müqəddəs Kəbənin daxili və xarici örtüyünün “cakard” nizamı ilə tikilməsində ən mühüm rol oynayır. Hansı ki, bu nizamda toxunulmuş sözlər və Quran ayələri vardır. Bu şöbə iki cür ipək hazırlayır. Yazılarla nəqş olunmuş qara ipək və Kəbənin kəməri, üzərində olan lampa və Kəbənin qapısının pərdəsi üçün hazırlanmış sadə ipək. Bu dəzgahlar örtüyün toxunması üçün bir metrlik parçanı 9986 sapdan rekord bir sürətdə toxumaqdadır. Bunların hamısı avtomatik idarə olunduğu üçün xərcin, əməyin və vaxtın az sərf edilməsi ilə yanaşı kəmiyyət, keyfiyyət və görünüş cəhətdən tez toxunan gözəl bir istehsala gətirib çıxarır.
Çap şöbəsi: Bu şöbə Quran ayələrinin və İslami naxışların çapı üçün qoyulan ilk rəsm əməliyyatında mühüm rol oynayır. Bu şöbədə qalın taxtadan olan üzbəüz tikiliyə astar üçün xam parça keçirilir və onun da üzərinə Kəbənin kəmərinin çap edilməsi, qapısının pərdəsi və digər naxışlarının qoyulması üçün naxışlanmamış sadə qara ipək parça bərkidilir. Bərkidildikdən sonra isə işçilər Quran ayələrini ağ və sarı rəngə boyanmış saplar vasitəsi ilə çap etməyə başlayırlar.
Naxış şöbəsi: Bu şöbə qızılı və gümüşü naxışları və İslami bəzəkləri nəqş etməklə məşğul olur. Bu nadir iş müxtəlif qalınlıqla ölçülmüş pambıq sapları qara parçanın üzərində çap edilmiş yazıların və naxışların üzərinə qoymaqla tamamlanır və sonra da mahir işçilər gümüş və qızıl suya boyanmış saplarla həmin yazı və naxışları toxumağa başlayırlar. Bu şöbə 12 lampa, Kəbənin künclərinə yazılan 4 İxlas surəsi, Kəbənin kəməri üçün 16 parça, kəmərin altında olan müxtəlif həcmli 6 parça və Kəbənin qapısının xarici pərdəsini istehsal edir.
Parçaları birləşdirmə şöbəsi: Bu şöbə də əhəmiyyət cəhətdən digər şöbələrdən geri qalmır. Burada Kəbənin dörd bir tərəfinin ipək parçaları bir-birinə birləşdirir, kəmər və lampalardan ibarət olan qızılı naxış hissələrini qara parçanın üzərində möhkəmlədirlər. Bununla da Səudiyyənin milli istehsalı olan Müqəddəs Kəbənin örtüyü göründüyü kimi gözəl və kamil bir şəkil halını alır.
Ümumi məlumatlar:
- İlk dəfə Kəbənin örtüyü hicri ilə 1346-cı ildə Səudiyyə Ərəbistanı
- Krallığının Müqəddəs Məkkə şəhərində İki Müqəddəs Məkanın Xidmətçisi
- Kral Əbdüləziz Əli Səudun dövründə tikilmişdir.
- Kəbənin daxili örtüyü hicri ilə 1403-cü ildə Kral Fəhd ibn Əbdüləzizin ilk dövründə və sonra da 1417-ci ildə dəyişilmişdir.
- Örtüyün tikilməsində işlənən “təbbi” ipəyin çəkisi 670 kq-dır.
- Kəbənin örtüyü üçün işlədilən parçaların sayı 98 sm ölçülü 47 parçadan ibarətdir.
- Müqəddəs Kəbənin örtüyünün hündürlüyü 14 m-dir.
- Müqəddəs Kəbənin örtüyünün eni 46.06 m-dir.
- Müqəddəs Kəbənin örtüyünün Kəbə evinin xidmətçilərinə verilməsi
- Zülhiccə ayının ilk günüdür.
- Müqəddəs Kəbənin örtüyünün dəyişməsi hər ilin Zülhiccə ayının 9-dadır.
- Müqəddəs Kəbənin örtüyünün tikilməsinin xərci 20 milyon riyal (4 milyon AZN) dır.