Sələf Xəbər


TARİX

 Son Xəbərlər

Müsəlman alimi Kolumbdan əvvəl Amerikanın mövcudluğunu elmi cəhətdən sübut etdi

Aprel 30
12:45 2014

Artıq 100 ildən çoxdur alimlər bu suala cavab axtarır: Amerikanı əslində kim kəşf edib? Rod-Aylenddə guya izləri tapılan finikiyalılar? Guya San-Fransiskoya gəmi ilə çatmış çinlilər? Perulularla ünsiyyət saxlamış polineziyalılar? Vikinqlər? Məşhur amerikan alimi, Mərkəzi Asiya üzrə mütəxəssis Stiven Frederik Starr (Stephen Frederick Starr) güman edir ki, Amerika qitəsinin mövcudluğu orta əsr Orta Asiya alimi Əbu-Reyhan Əl-Biruni tərəfindən hesablanmış və nəzəri sübut edilmişdi. Onun bu mövzuda məqaləsi ötən ilin sonunda eyni zamanda iki nüfuzlu nəşr – Britaniyanın History jurnalında və fransız Courrier International- da dərc edilmişdi. Biz onu oxucularımız üçün xüsusi olaraq tərcümə etdik.

Vikinqlər Qrenlandiyanı tədqiq etdikləri dövrdə bütün okeanlardan uzaqda tamamilə başqa soy kəşf edildi. İndi Özbəkistan, Türkmənistan və Əfqanıstanın yerləşdiyi bu yerlərdən olan tacirlər minilliklər boyunca bütün Avrasiya ilə karvanlar aparırdı. Evə qayıtdıqda onlar keçdikləri torpaqların coğrafiyasının və iqliminin ətraflı təsvirlərinin də daxil olduğu macəralarını danışırdılar. Bu hekayələr yerli alimlər tərəfindən toplanır və öyrənilirdi.

Parlaq erudit Əbu-Reyhan Əl-Biruni (973-1048) Aral dənizi yaxınlığında Kət şəhərində (hal-hazırda Özbəkistanın Karakalpakstan Muxtar Respublikasında Biruni şəhəri) doğulub. Artıq gənclikdə o riyaziyyat, astronomiya, mineralogiya, coğrafiya, kartoqrafiyada, həndəsədə və triqonometriyada geniş biliklərə malik idi. O fars, ərəb və xarəzm dillərində danışırdı. Sonra o həmçinin sanskrit dilini öyrəndi.

On yeddi yaşında Biruni doğma Kət şəhərinin en və uzunluq dairələrini hesablayır. Daha sonra o qədim yunan mənbələrinə əsaslanaraq Araılq dənizinin ətrafında dünya haqqında coğrafi məlumatları toplayır, və onlara dünyanın dörd tərəfində yerləşən başqa yerlərin koordinatlarını əlavə etmək istəyir. Ptolemey kimi (b.e. 90-168) və dövrünə görə ona daha yaxın olan antik müəllifləri öyrənib, öz tədqiqatlarını keçirib, o Yer kürəsinin yumru olduğunu hesablayır. O həmçinin Kainatın quruluşunun heliosentrik olması barədə nəticəyə gəlir, yəni, Günəşin Yer kürəsi ətrafında deyil, Yer kürəsinin Günəşin ətrafında fırlanmasını sübut edir.

Artıq 30 yaşı olanda Biruni öz vaxtının daha mürəkkəb sistemlərinə müraciət edərək Yer kürəsinin dəqiq çevrəsini hesablamağa keçir. Nəticədə, hesablamalar aparıb, o müasir məlumatlarla müqayisədə ancaq 10,44 mil xəta etmişdir.
Qeyd etmək lazımdır ki, Biruni Orta Asiyadan başqa alimin arxasınca gedirdi. Bu Əhməd əl-Fərqani idi, hansı ki, IX-cu əsrdə ekvatorda uzunluq dairəsinin bir dərəcə zolağını, sonra isə Yer kürəsinin çevrəsini də hesablamışdı. Beş əsr sonra Kolumb Avropada Alfraqanus kimi tanınan Əl-Fərqaninin əsərlərini latın tərcüməsində öyrənirdi. Məhz onun Yer kürəsinin yumru olması barədə nəticələrini Kolumb onun dövr-aləm səyahəti planına şübhə ilə yanaşan potensial sponsorları ilə mübahisələrdə arqument kimi istifadə edirdi.

Yerin kürə şəklində olması barəsində nəticəyə gəldikdə, Biruni həmin dövrdə məlum olan bütün yerləri özünün yeni dünya xəritəsində yerləşdirməyə başlayır. Elə o vaxt Biruni fikir verir ki, onun hesablamalarına görə, Afrikada ən qərbi nöqtədən Çində ən şərqi nöqtəyə qədər Avrasiyanın bütün kütləsi qlobusun ancaq beşdə ikisini təşkil edir. Qalan beşdə üç hissə haradadır?
Antik dövrdən XI-ci əsrə qədər, o vaxtkı coğrafiyaçıların əksəriyyəti hesab edirdilər ki, Avrasiya qitəsini hansısa “Dünya Okeanı” əhatə edir. Bəs bu qədər su ilə örtülmüş dünya tarazlaşmış olacaqmı?

Mineralogiyadakı bilikləri Biruniyə bütün növ mineralların nisbi sıxlığını və çəkisini və onların təbiətdə qarşılıqlı təsirini öyrənməyə kömək etdi. Xüsusi sıxlığın konsepsiyasını kəşf etdikdə o bilirdi ki, mineralların çəkisi sudan daha ağırdır. Buna əsasən Biruni belə bir nəticə çıxarır ki, başqa qitələr də mövcud olmalıdır.

Bu torpaqlarda insanlar məskunlaşıbmı, yoxsa boşdur və adam ayağı buralara dəyməyib? Ona məlum olan yerlərin en və uzunluq dairələri haqqında öz məlumatlarını nəzərdən keçirərək o təsdiq edir ki, insan şimaldan cənuba geniş bir zolaqda, yəni Rusiyadan Hindistana qədər, və Afrikanın düz ürəyində məskunlaşıb. Biruninin gəldiyi nəticəyə görə, əgər naməlum qitə və ya qitələr boşdursa, onda onlar bu zolaqdan cənubda və ya şimalda yerləşməlidir. Amma əgər onlar yaşamaq üçün yararlı en dairəsindədirsə, onda hökmən məskun edilmişdir.

1037-ci ildə Biruni, öz otuzillik tədqiqatlarına əsaslanaraq, Yeni Dünyanın mövcudluğu barədə öz tarixi nəticələrinə gəlir.
Əlbəttə, bu Amerikanın məhz Biruni tərəfindən kəşf edilməsini bildirmir. O ancaq qədim yunanlardan onun müasirləri olan hindlilərə və ərəblərə qədər bütün bilikləri və öz vaxtının tədqiqatlarını bir yerə topladı. Müdrikliyi ilə silahlanıb və dəqiq riyazi və triqonometrik alətlərdən istifadə edərək, Biruni həcmli və dəqiq məlumatların generasiyası və emalı üçün tamamilə yeni elmi metod və texnologiyalar kəşf etdi.

O öz nəticələrində çox ehtiyatlı idi. Daha yaxşı anlamaları üçün o öz müasirlərinə bu xülasələri hipoteza şəklində təqdim etdi ki, başqa tədqiqatçılar öz “çöl sınaqlarını” keçirə bilsinlər, bu isə yalnız beş yüz il sonra baş verdi. Nəticədə Avropa tədqiqatçıları orta əsr Asiya aliminin bir çox fərziyyələrinin düzgünlüyünü müvəffəqiyyətlə təsdiq edə bildilər.
Orta Asiyanın bu oğlu çox böyük tədqiqatçı, antik dünya ilə Avropa tədqiqatçıları arasında körpü idi.
Dənizdən uzaqda, qapalı məkanda yaşadığına baxmayaraq yalnız elmi mühakimələrinə əsaslanaraq heyranedici intellektual tədqiqatlar həyata keçirirdi.
Öz doğruluğuna tam əmin olduğu zaman o elmi fikirlərini dəqiq əsaslandırma ilə yazılı surətdə bəyan edirdi ki, şübhələnən onları öz hesablamalarına əsasən yenidən yoxlaya bilsin.

Orta Asiya bu ensiklopedistinin kredosunu özündən yaxşı bu gün kim ifadə edə bilər?
“… mütləq mənada, elm, onun biliklərinin [məzmununa] baxmayaraq, öz-özlüyündə yaxşıdır; onun cəzbedici gücü əbədidir və aramsızdır… [Elm fədaisi] alimlərin səyləri mübahisədə qələbə [qazanmaq ümidindən] deyil, elmin özünün bərəkətindən [irəli gəldiyi] vaxt hər dəfə çalışqan [alimlərə] təriflər deməlidir.”

Hətta bu gün Biruninin modus operandi (hərəkətin üsulu) olduqca müasir qalır. Onun sükut və təmkinli elmi araşdırma səsi irrasional və mövhumatçı orta əsr dünyasının dərinliyindən ucadan səslənir.

Biruni çoxlarının indi çoxlarının mövhumatçılıq, fanatizm və qəddarlığa qərq olunmuş geridə qalmış bir bölgə kimi baxdığı regionda yaşayaraq və işləyərək öz kəşflərini etmişdir. Onun vətəni – Aral dənizi yaxınlığında, qərbi Özbəkistandır, 1950-ci illərdən Sovet İttifaqı burada ən qorxunc ekoloji fəlakət yaradıb. O Türkmənistanın şimal sərhədində tutqun zonada işləyirdi, hansının ki, böyük qaz yataqları ölkəni bu gün Orta Asiya Küveytinə çevirir.

O, hal-hazırda Qərbi Pəncaba ərazisində, Camma və Kəşmir yaxınlığında yerləşən Nandananı tədqiq edirdi. Sonralar Nandana Hindistan və Pakistan arasında yarım əsirlik silahlı münaqişə səhnəsi olmuşdu.
Codex Masudicus adlı astronomik ensiklopediyasını yazdığı və dəfn edildiyi Qazni (Əfqanıstan) isə, bu gün silahlı insanlarla və zirehli maşınlarla doldurulmuşdur.

Frederik Starr – tədqiqatçı, Con Hoppkins Universiteti nəzdində Paul Nitsanın Beynəlxalq irəli çəkilmiş tədqiqatlar məktəbinin müəllimi, Mərkəzi Asiya və Qafqazın tədqiqatları üzrə İnstitutunun prezidenti.

Tərcümə: “Фергана.Ру”.

Digər xəbərlər