Sələf Xəbər


SON XƏBƏRLƏR, TARİX

 Son Xəbərlər

Rusiya Koreyanın təyyarəsini hansı səbəbə vurmuşdu?

Noyabr 26
19:03 2015

“Bu ölkə özü sərnişin təyyarəsi belə hava sərhədini keçəndə dərhal vurur”.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Türkiyə-Suriya sərhədində Rusiya təyyarəsinin vurulmasıyla bağlı Feysbukda yazıb.

Millət vəkili sözügedən hadisə ilə bağlı tarixi bir hadisəni xatırladıb:

“1983-cü il sentyabrın 1-də Cənubi Koreyanın Korean Air Lines aviaşirkətinin həyata keçirdiyi Beynəlxalq uçuş (Nyu York-Ankoric-Seul marşrutu) zamanı sərnişin avialaynerinin vurulması Beynəlxalq skandala səbəb olmuşdu. Seula qədər olan hava yolu Sakit okeanın neytral zonasından keçməli idi. Təyyarə qəfildən məlum olmayan səbəbdən müəyyənləşdirilmiş kursdan sağ tərəfə meyl etməyə başlayır.

Müəyyən vaxtdan sonra SSRİ-nin qapalı hava məkanına düşür. Kamçatka, sonra isə Saxalin adaları üzərində uçur. Göyərtəsində 246 sərnişin, 23 ekipaj heyəti olan təyyarəni Sovet qırıcısı Su-15 dərhal vurur.

Təyyarədə olan 269 nəfər, o cümlədən ABŞ nümayəndələr palatasının üzvü, ABŞ-da keçiriləcək prezident seçkilərində namizədliyini verməyə hazırlaşan Larri MakDonald həlak olur. Bu ölkə, hətta sərnişin təyyarəsi hava sərhədini keçəndə dərhal vurur. Bu gün Rusiya özünü SSRİ-nin varisi hesab edir”.

Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!

Digər xəbərlər