Sələf Xəbər


TARİX

 Son Xəbərlər

Səhih əl-Buxari əsərinin orijinal nüsxəsi belədir – FOTO

Noyabr 01
16:00 2016

İslam hafizlərindən biri olan İmam Buxari 810-cu ildə ( hicri təqvimlə 194-cü il) indiki Özbəkistan ərazisində yerləşən Bəhratəng adlı Buxaraya yaxın bir kənddə anadan olmuşdur. 870-ci ildə (hicrətin 256-cı ilində) isə, elə orada da vəfat etmişdir. Onun adı Əbu Abdulla Məhəmməd ibn İsmayıl ibn İbrahim ibn əl-Muğira əl-Buxari əl-Cufidir.

Buxarinin müəlləq və mutəbiə rəvayətlər istisna edilməklə təkrarlı şəkildə nəql etdiyi hədislərin sayı (7593) yeddi min beş yüz doxsan üçdür. Bu rəqəm, Məhəmməd Fuad Əbdülbəqinin hesablamalarına əsasən göstərilmişdir. Hafiz ləqəbli İbn Həcər isə hədislərin sayının (7397) yeddi min üç yüz doxsan yeddi olduğunu söyləmişdir. Buxaridə (1341) min üç yüz qırx bir ədəd müəlləq hədis vardır. Təkrarsız şəkildə isə təxminən dörd min hədis vardır.

Muhəmməd Peyğəmbərin vəfatından 200 il sonra yazılmış şəriət hökmlərinin məcmuəsi hesab olunan “Altı kitab”dan ən mötəbəri sayılır. “Qurani-Kərim”dən sonra ikinci əhəmiyyətli kitab hesab olunan “Səhih əl-Buxari” 97 kitabdan ibarətdir. “Səhih əl-Buxari” tarixdə bütünlüklə hədislərə həsr olunmuş ilk kitabdır.
Şəkildə görmüş olduğunuz, 846-cı ildə tamamlanmış bu əlyazma əl-Buxarinin ən məşhur toplusudur. Mərakeş xətti ilə yazılmış şimali-Afrika əlyazması özündə 59-64-cü kitabları birləşdirir.

📷

sb-1

sb-2

sb-3

sb-4

sb-5

sb-6

sb-7

Digər xəbərlər