Sələf Xəbər


TARİX

 Son Xəbərlər

Səlcuqların Malazgirtdə Bizans İmperiyası üzərində qələbəsi

Avqust 26
18:01 2016

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgirt qələbəsinin 945-ci ildönümü münasibəti ilə təbrik mesajı verib.

Selefxeber.az-ın məlumatına görə Axar.az xəbər verir ki, Ərdoğan türk millətinin hər zaman birlik və bərabərlik içində bütün çətinlikləri arxada qoyacağını, sülh və sabitliyə qəsd edənlərə lazımi cavabı verəcəyini deyib:

“Anadolunun əziz millətimin vətəni olmasına səbəb olan Malazgirt qələbəsinin ildönümünü bayram edirəm. Siyasi, hərbi nəticələri ilə türk və dünya tarixinə damğa vuran Malazgirt qələbəsi fərqli inanc, dil və mədəniyyətin birgə yaşadığı dövrün başlanğıcı olub. Anadolunun qapılarını türklərə açan, ədalətli və mərhəmətli idarəçilik anlayışı ilə tarixə keçən Sultan Alparslan əsrlər boyu davam edəcək ortaq yaşam mədəniyyətinin təməlini qoyub. Bu gün bizi güclü edən, qarşımıza çıxan hər cür çətinliklərlə mübarizədə əzmimizi artıran, fərqliliklərimizə baxmayaraq, bir bütün olmağımızı təmin edə qətiyyət, 1071-ci ildə sərgilənən qətiyyət və o günə hakim olan şüurun bu günki əksidir.

Bu düşüncələrlə Malazgirt qələbəsinin ildönümündə böyük komandan Sultan Alparslanı və əziz şəhidlərimizi rəhmət və minnətlə yad edir, bütün vətəndaşlarımı ən ülvi duyğularımla salamlayıram”.

Xatırladaq ki, Malazgirt döyüşü 1071-ci il avqustun 26-da Səlcuqlar və Bizans arasında baş verib. Döyüşdə qalib gələn tərəf Səlcuqlar olub və Anadolu fəth edilib.

Malazgird döyüşündən sonra erməni və gürcülərə havadarlıq edən Bizansın mövqeyi əhəmiyyətli dərəcədə sarsılıb.

Bağdad xəlifəsi Malazgirddəki qələbə münasibətilə Alparslanı təbrik edərək onu “Ərəb və Əcəm hökmdarı”, “Müsəlmanların xilaskarı” və “İslamın nuru” adlandırıb.

Digər xəbərlər