Sələf Xəbər


ANALİTİKA VƏ İSLAM, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Abort etmək olarmı?

İyul 13
20:07 2017

Böyük alimlər heyətinin 1407/06/20 tarixli, 140 saylı qərarı

Aləmlərin rəbbi Allaha həmd olsun. Onun Peyğəmbəri Muhəmmədə, ailəsinə və əshabına Allahın salavatı və salamı olsun.
Böyük alimlər heyəti qərara alır ki;
1. Hamiləliyi heç bir mərhələsində pozmaq olmaz. Yalnız şəriətin məqbul hesab etdiyi xüsusi hallarda bu mümkündür.

2. Əgər hamiləlik ilk mərhələdə, yəni birinci qırx günlükdədirsə və hamiləliyin pozulması şəriət məsləhəti, yaxud sağlamlığa dəyə biləcək ziyanın qarşısını almaq üçündürsə o zaman hamiləliyi pozmaq olar. Uşaqları tərbiyə etməyin çətin olduğunu, uşaqlara baxa bilməmək, onları dolandıra bilməmək, oxutmağa imkan olmayacaq, gələcəkləri naminə, yaxud mövcud uşaqlarla kifayətlənmək düşüncəsi ilə deyilən dönəmdə hamiləliyi pozmaq icazəli deyildir.

3. Uşaq ana bətnində nütfə, yaxud laxta qan halındadırsa hamiləliyi pozmaq olmaz. Yalnız etibarlı həkimlər briqadası hamiləliyin davam etməsini ananın həyatı üçün real təhlükə olduğunu təsdiq edərlərsə, hamiləliyin saxlanması üçün bütün mümkün vasitələrdən istifadə etmək şərti ilə sonda hamiləliyi pozmaq olar.

4. Hamiləliyin dördüncü ayı tamam olduqdan sonra hamiləliyi pozmaq olmaz. Yalnız etibarlı həkimlər briqadası uşağın ananın həyatını ölümə apara biləcəyini təsdiq edəcəkləri halda hamiləliyin saxlanması üçün bütün mümkün vasitələrdən istifadə etmək şərti ilə sonda hamiləliyi pozmaq olar. Bunun icazəli olması daha böyük zərəri dəf etmək və daha böyük mənfəəti hasil etmək üçündür.

Böyük alimlər məclisi bu işdə Allahdan qorxmağı və ehtiyatlı davranmağı tövsiyə edir.

Müvəffəqiyyət Allahdandır.

Sonda Peyğəmbərimiz Muhəmmədə, ailəsinə və əshabına Allahın salavatı və salamı olsun.

Böyük Alimlər Heyəti

Digər xəbərlər