Bayram nə vaxtdır?
2. 786 dəfə baxılıb
Hər il olduğu kimi bu il də Ramazan ayının başlayıb sona çatması müsəlman dünyasında fərqli günlərə təyin edilir.
Türkiyə və Avropa araşdırmalar və fətvalar bürosu bu gün, yəni iyul ayının dördünü ramazan ayının sonuncu günü hesab edirlər. Yəni Türkiyə və Balkan ölkələri iyulun beşini Ramazan bayramı elan ediblər.
Şimali Amerika Müsəlman Cəmiyyəti isə sabah, yəni iyulun beşini ramazanın sonuncu günü elan etmişdir. Bu ölkədə Ramazan bayramı iyulun altısında qeyd ediləcəkdir.
Səudiyyə Ərəbistanı və bir çox körfəz ölkələri isə bayram haqda qəti qərarlarını bu gün yeni doğmuş ayı görməkdən asılı olaraq günəş batdıqdan sonra bildirəcəklər.
Azərbaycanda isə Ramazan bayramı iyul ayının altısına təyin edilmişdir. Həmin gün ölkə üzrə bütün məscidlərdə bayram namazları qılınacaqdır.
Sələfxəbər redaksiyası olaraq hər kəsi ölkəmizdə təyin edilmiş bayram gününə müvafiq vaxta riayət etməyə dəvət edirik.
Allah bütün müsəlmanların qəlblərini və əməllərini Quran və sünnəyə müvafiq olmaqda müvəffəq etsin.
Mövzuda faydalı olacaq materiallar: