Sələf Xəbər


ANALİTİKA VƏ İSLAM, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Dinimizi öyrənək – İNFOQRAFİKA

Noyabr 28
19:39 2015

Hər bir müsəlman dini barəsində əsas məlumatları öyrənməlidir. Təqdim etdiyimiz infoqrafika ilə sizə asanlaşdırılmış dini bilgiləri təqdim edirik. Məqalədə isə həmin bəndlər haqqında daha ətraflı məlumat verilmişdir.

📷

dinimizi_oyrenek

Müsəlman öz etiqadını haradan öyrənməlidir?

Müsəlman öz etiqadını Allahın kitabından və boş-boşuna danışmayan Peyğəmbərinin (ona Allahın salavatı və salamı olsun) səhih hədislərindən öyrənməlidir. “O, havadan danışmır.” (Nəcm: 3)
Bütün bunlar səhabələrin və saleh sələflərin anlayışına uyğun olmalıdır.

İslam dininin neçə mərhələsi var?

Dinin üç mərhələsi var: İslam, iman və ihsan.

İslam nədir və neçə əsası vardır?

İslam, tövhid ilə Allaha təslim olmaq, itaət ilə Ona baş əymək, şirkdən və şirk edənlərdən uzaq olmaq. İslam özü beş əsas üzərində qurulmuşdur.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “İslam beş əsas üzərində qurulmuşdur: Lə iləhə illəllah və Muhəmmədən rəsuləllah kəlməsinə (Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına və Muhəmmədin Allahın elçisi olduğuna) şahadət gətirmək, namaz qılmaq, zəkat vermək, həcc etmək və oruc tutmaq”. Buxari və Müslim.

İman nədir və neçə əsası var?

İman, qəlbi ilə etiqad etmək, dil ilə tələffüz etmək, əzalar ilə yerinə yetirməkdir. İman itaətlə çoxalır, asiliklə azalır.
Uca Allah buyurur: “Möminlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə arxayınlıq göndərən Odur…” (əl-Fəth: 4).
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “İman yetmiş və bir neçə dərəcədən ibarətdir. Ən üstün dərəcəsi “Lə iləhə illəllah” kəlməsini deməkdir. Ən aşağı dərəcəsi isə, insanlara əziyyət verən bir şeyi yoldan götürməkdir. Həya isə, imanın dərəcələrindən biridir”. Müslim.
Xeyir mövsimlərində itaətinin çoxalmasını, günah etdikdə isə, ibadətinin zəifləməsini görən hər bir müsəlman buna şahiddir. Uca Allah buyurur: “Həqiqətən yaxşı əməllər pis işləri yuyub aparar…” (Hud: 114).
İmanın altı əsası vardır: Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) hədisində deyir: “İman Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə və qədərin xeyir-şərinə iman gətirməkdir”. Buxari və Müslim.

Sələf Xəbər redaksiyası tərəfindən hazırlanmışdır.

Digər xəbərlər