İŞİD – tarixi, metodu və onlara qarşı mübarizə üsulları – I hissə
2. 946 dəfə baxılıb
“Sələf Xəbər” alanba.com.kw saytına istinadən təqdim etdiyi məqalədə İŞİD və onun kimi terror qruplaşmalarının yaradıcıları xəvariclərin gəncləri ələ alma metodlarından və bu xəvariclərlə mübarizə yollarından söhbət açır.
Təkfir və terror camaatları ve onların siyasi fikrlerinin tədqiqatçısı d. Fərrac ər-Raddəs hesab edir ki, həqiqətən də “İŞİD” yaxud da özlərini “İraq və Şam İslam Dövləti” adlandıranlar bu əsrin xəvaricləri və bu zamanın terrorçuları olan bir cahillərdirlər. O, “əl-Ənbə” qəzetinə verdiyi müsahibəsində bu mövzuda geniş açıqlama verərək qeyd edib ki, əl-Bağdadiyə edilən beyət və onun xilafəti partiyaçılıq olan bir batil əməldir. Çünki onlar arasında başçını seçmə gücünə malik olan nüfuz sahibləri məchul və muzdçulardır, həmçinin də müsəlmanların məşvərəti olmadan baş tutan bir beyətdir.
Müsahibəni sizə təfsilatı ilə təqdim edirik:
– Bildiyiniz kimi, İŞİD mövzusu insanları həm bölgədə, həm də beynəlxalq səviyyədə məşğul etməkdədir. İstəyirik ki, qısa olaraq İŞİD-in yaranması ilə bizi tanış edəsiniz.
– Bu təkfirçi və radikal fikrin kökü 2004-cü ildə İraqda “Tovhid və cihad camaatı”nı təsis edən Əbu Musab əz-Zərqaviyə qayıdır. 2006-cı ildə Zərqavi əl-Qaidə terror qruplaşmasının başçısı olan Usamə bin Ladenə beyət edərək əl-Qaidənin qollarından biri kimi “Rafideyn ölkələrində əl-Qaidə qruplaşması” adı ilə tanınmağa başlayır. Zərqavinin öldürülməsindən sonra bu qruplaşmanın başçısı Əbu Həmzə əl-Muhəcir olur. Əbu Həmzə əl-Muhəcirdən də sonra başçılığa Əbu Ömər əl-Bağdadi keçir. Sonralar isə bu qruplaşmanın adı dəyişir və “İraq İslam Dövləti” adlanır. 2010-cu ildə Amerikanın hava hücumu nəticəsində Əbu Həmzə və Əbu Ömər öldürüldükdən sonra sözügedən qruplaşmanın şura məclisi Əbubəkir əl-Bağdadini əl-Qaidənin İraq cəbhəsi olan “İraq İslam Dövlətinə” başçı təyin edir. əl-Qaidə qruplaşmasının Əbu Məhəmməd əl-Covlaninin başçılığı altında olan “Şam ölkələrində əl-Qaidə qruplaşması” (“ən-Nusra”cəbhəsi) adlı digər cəbhəsi də var idi.
Məlumdur ki, hər iki cəbhə İbn Ladenin yerinə keçən Əymən əz-Zavahirinin başçılığı altında olan əl-Qaidə qruplaşmasına tabe idi. Hər iki cəbhənin əl-Qaidə qruplaşmasına tabe olduğuna görə “İraq İslam Dövləti”nin başçısı Əbubəkir əl-Bağdadi hər iki cəbhəni birləşdirərək “İraq və Şam İslam Dövləti” adı altında birləşdirmək təklifini irəli sürür və elan edir. Lakin “ən-Nusra” cəbhəsinin başçısı olan Əbu Məhəmməd əl-Covlanı onunla bu məsələdə müşavirə olunmadığını irəli sürərək və yalnız bu xəbərin informasiya vasitələrindən eşitdiyini sübut gətirərək bu birləşdirməni inkar edir və bir daha əl-Qaidəyə tabe olduğunu elan edərək beyətini yenidən Əymən əz-Zavahiriyə təzələyir. Ona görə də Əymən əz-Zavahiri “İraq Şam İslam Dövləti”ni ləğv edərək Əbubəkir əl-Bağdadiyə bir illik “İraq İslam Dövləti”nə və Əbu Məhəmməd əl-Covlaniyə də bir illik Şamda “ən-Nusra” cəbhəsinə başçılıq vəzifəsini verir. Lakin Bağdadinin İraqdakı dövlət qruplaşması Əymən əz-Zavahirinin əmrinə itaət etmir və bu dövlət 2014-cü il iyunun 29-da özünün rəsmi mətbuat katibi olan Əbu Məhəmməd əl-Adnaninin dili ilə desek Əbubəkir əl-Bağdadinin müsəlmanlara “xəlifə” seçilərək beyət edildiyini elan etdi. Bu dövlətin guya bütün müsəlmanlara şamil olması üçün İraq və Şam sözləri silinərək yalnız “İslam dövləti” adını alır. Lakin tezliklə “İslam Dövləti” olan Əbu Bəkr əl-Bağdadinin tərəfdarları ilə birləşməni inkar edən “ən-Nusra” cəbhəsi olan Əbu Məhəmməd əl-Covlaninin tərəfdarları arasında döyüş başlayır. Bağdadinin tərəfdarları Covlaninin “İraq İslam Dövləti” ilə “ən-Nusra” cəbhəsi arasındakı birlik elanını qəbul etmədiyi üçün beyətdən üz döndərdiyini hesab edir, Covlaninin də tərəfdarları bu beyətdən özlərini uzaq sayır və onların özlərinin Zavahirinin beyətindən üz döndərdiyini hesab edərək hər bir qruplaşma digərini xəvaric saydığı üçün döyüş qızışmağa başlayır.
Həqiqətdə isə elə onların hər ikisi də bu əsrin xavaricləridirlər. İstər sonradan “DƏİŞ” (İŞİD) adlanan “İraq İslam Dövləti” olsun yaxud da Şamda olan “ən-Nusra” cəbhəsi olsun. Çünki hər iki qruplaşma haqsız yerə müsəlmanları təkfir edərək qanlarını halal sayır ki, bununla da xavariclərin vəsfləri hər ikisinə tam uyğun gəlməkdədir. Lakin həqiqət olaraq İŞİD o iki tayfa arasında dindən ən şiddətli çıxandır. Suriya hadisələrini izləyənlərin bir çoxları bilir ki, “ən-Nusra” cəbhəsi “İraq İslam Dövləti” ilə birləşməmişdən qabaq “Azad Suriya Ordu”sunun qanını halal sayaraq onlara qarşı döyüşür və başçılarına sui-qəsdlər hazırlamaqda planlar qururdu. İŞİD adlananlar ilə düşmənçiliyə başlayandan sonra isə “ən-Nusra” cəbhəsi özünü qorumaq üçün və düşmənlərinin sayını azaltmaq üçün “Azad Ordu” ilə sülhə girir.
– Əbubəkir əl-Bağdadiyə olan beyət və müsəlmanların xəlifəsi elan olunması doğru və şəriətə uyğun yolla təyin olunmuşdurmu?
– Bu beyət bir neçə səbəbə görə batildir:
1 – Çünki onlar arasında başçını seçmə gücünə malik olan nüfuz sahibləri elə özləri “İraq İslam Dövləti” qruplaşması olan zaman bölücü beyəti ilə əl-Qaidə-yə tabe idi və iş genişlənərək bu partiyaçı beyəti; dövlət başçısına beyət, sonra da iddia etdikləri kimi xilafət beyəti olmuşdur.
2 – Partiyaçı beyətini, sonra da xilafət beyətini edən başçını seçmə gücünə malik nüfuz sahibləri məchul şəxslər olaraq nə alimləri, nə də ölkənin nüfuzlu şəxslərini təmsil etmirlər. Əksinə çoxları İraq və Suriya xaricindən gələn muzdçulardırlar.
3 – İŞİD-in bütün ünsürləri başçını seçmə gücünə malik olma sifətlərinə sahib deyildirlər. Çünki ədalət, başçını seçmə gücünə malik olma sifətlərinə sahib olmağın əsas şərtidir ki, bu da onlarda yoxdur. Səbəb də onların müsəlmanlara qarşı çıxaraq, onları təkfir edib qanlarını halal saymalarıdır. Hansı ki, bu xəvariclərin sifətidir.
4 – Başçını seçmə gücünə malik olma sifətlərinə sahib olduqlarını iddia edən bu məchul şəxslər, halı bütün müsəlmanlara məchul olan Əbubəkir əl-Bağdadiyə beyət etmişdirlər.
5 – Bu beyəti batil edən digər bir səbəb isə müsəlmanlarla məşvərət edilmədən baş tutmasıdır. Ona görə də bu beyət batildir və heç bir müsəlmanın öhdəsinə düşməməkdədir. Necə ki, Buxarinin səhihində Möminlərin əmiri Omər ibn Xəttabbın belə dediyi rəvayət olunmuşdur: “Kim müsəlmanlarla məşvərət etmədən bir kişiyə beyət edərsə, nə beyət edilənə tabe olunmur, nə də beyət edənə”.
Gəncləri hazırlayaraq silahlandırmaları
– Diqqət çəkən məqam, İŞİD sıralarının əksərən gənclərdən ibarət olmasıdır. Bu gənclərin öz ölkələrindən İraqa və Suriyaya gedərək İŞİD-ə qoşulma və silahlandırılma mərhələsi necə baş tutur? Onları ələ alaraq asanlıqla intiharçı kimi istifadə etmək necə olur?
– Bəzi ölkələrdə gəncləri hazırlama metodu iki mərhələdən ibarətdir. Hər bir mərhələ özündə böyük təhlükə daşıyır. Silahlandırmanın necə baş tutduğunu çoxları bilmir. Sonuncu mərhələdə isə gəncləri ələ alma prosesi baş tutur və bu gənclərdən intihar əməliyyatlarında istifadə olunur. Hər iki mərhələ belədir:
Birinci mərhələ: Bu mərhələdə təkfir və radikal fikirli şübhələr əkmək. Bu mərhələ bir neçə addımdan ibarətdir:
Birinci addım: Təkfir və radikal fikirli şübhələri gənclərin beynində əkmək üçün beynin ayıqlığını azaltmaq. Bu, terror qruplaşmalarının gənclərin beyinlərini “yumaq” üçün istifadə etdiyi bir metoddur. Belə olan zaman beyin, ötürülən məlumatı asanlıqla qəbul edir. Bunun üçün də iki yoldan istifadə olunur:
Birinci: Beynin ötürülən məlumatı asanlıqla qəbul etməsi üçün fiziki yorğunluq. Bu yorğunluq yatmaq saatlarını azaltmaq və ağır fiziki məşqlər keçməklə baş tutur. Belə ki, beyin zehni və fiziki yorğunluqdan sonra rahatlanır və ötürülən məlumatın mahiyyətinə varmadan asanlıqla qəbul edir.
Ona görə də İŞİD beynin fikirləşmə fəaliyyətinin azalmasından istifadə edərək gənclərin beyinlərinə həmin təkfir və radikal fikirləri əkir və bununla da həmin fikirlər bu gənclər üçün adi bir fikirlərə çevrilir.
İkinci: Döyüşə səsləyən nəşidləri (mahnıları) dinləmək. Artıq psixologiya elmi sübut etmişdir ki, nəşidlər beynin ayıqlıq və diqqətlilik qabiliyyətini aşağı salır və bununla da təkfir və radikal fikirləri gənclərin beyninə onlardan heç bir müqavimət olmadan asanlıqla yeritməyə şərait yaranır.
Təkfirçilər ilk əvvəl gənclərlə tanış olurlar. İkinci olaraq onlarla görüşürlər və üçüncü olaraq da onları öz əllərində olan əyləncə mərkəzlərinə aparır və orada onları fiziki yora biləcək idman əyləncələri ilə məşğul edirlər. Bu ağır fiziki oyunlardan sonra isə məqsədini güddükləri dərs və mühazirələr verməyə başlayırlar. Həqiqətdə isə bu dərslərdən məqsəd gənclər tərəfindən inkar edilmədən onların beyninə proqramlaşdırılmış damcı şəklində daxil edilən təkfir və radikal fikirləri əkməkdir. Gənclərimizin beyninə daxil edilən bu təkfir və radikal fikirlərdən ibarət olan “damcilar” tamamlandıqdan sonra isə bu təkfir və radikal fikirləri gənclərin beynində qoruyub saxlamaq üçün aşağıda qeyd edəcəyimiz “fikri yalnızlıq” metodundan istifadə edirlər.
İkinci addım: Həmin cavanlara elm əhli ilə münaqişə etməməyi tapşırır və deyirlər ki, bu şeyxlər və alimlər saray alimləridirlər. Elə bu üslub özü ilk əsrdə olan xəvariclərin aldadılmış gənclərə öyrətdiyi üslubdur. Bu yolla onlar öz tərəfdaşlarının beyinlərinə təkfir və radikal fikirləri yeritdikdən sonra fikri yalnızlığa sürükləyirlər.
İkinci mərhələ: Gənclərin İraq və Suriyaya gedərək İŞİD-ə qoşulduqlarından sonra onları tam ələ almaq üçün aşağıdakı bir neçə addımlar atılır:
– mühiti yanizliq: Bu addım gənclərin İraq və Suriyaya getməsindən sonra baş tutur. Çünki bu ölkələrdə olan mühit öz ölkələrindəkindən fərqli olur və tədricən öz mühitlərini unutmağa başlayırlar. Bununla da bu gənclərdə mühiti yalnızlıq öz əksini tapır. Bu mühiti yalnızlıq üslubu da ilk əsrin xəvariclərinin beyinləri “yumaq” üçün işlətdiyi üslubdur. Tarixçilərin də qeyd etdikləri kimi, ilk əsrin xəvaricləri insanlardan uzaqlaşaraq “Harura” deyilən yerdə məskunlaşdıqları üçün bu yalnızlıqlarına görə “hərurilər” adlandırmışdılar. Elə bu gün də terror qruplaşmaları mühiti yalnızlıqdan istifadə edərək gənclərdən olan öz qurbanlarını ələ alıb istədiklərini həyata keçirirlər.
– İctimai (sosial) yalnızlıq: Bu yalnızlıq mühiti yalnızlıq başlayan zaman baş tutur. Belə ki, İŞİD qruplaşması onlara qoşulan gənclərə öz qohumları və dostları ilə əlaqələrini kəsmələrini əmr edirlər. İlk xəvariclər də valideynlərini və qohum-əqrəbalarını tərk etmişdilər. Bu, beyin “yumaq” üçün bütün terror qruplaşmalarının işlətdiyi bir üslubdur.
– Şəxsiyyəti dəyişmək: Bu addım mühiti və ictimai yalnızlığı həyata keçirən zaman iki yolla baş tutur.
– Birinci: Milli geyimi Əfqan geyimi ilə dəyişmək. Ona görə də İŞİD camaatı Əfqan paltarını özlərində “cihad” rəmzi olan paltar kimi tanımaqdadırlar. Bu da beyni yumaq üslublarından biridir. Gənc, öz milli geyimindən imtina edərək, beləliklə ölkəsinə aid olan hər bir şeyi tədricən unudur.
– İkinci: Gənc, adını dəyişərək Əbu Basir, Əbu Cəndəl və Əbu Hureyra kimi künyələrlə əvəz edir və bir müddətdən sonra öz həqiqi adını belə unudur. Beləliklə də bu gənc ölkəsi ilə bağlı bütün xatirələrini unutmuş olur. Bu da beyinləri “yumaq” üçün terror təşkilatlarının istifadə etdiyi üslublardan biridir. Birincisi öz ölkələrində, ikincisi isə İraq və Suriyada keçirilən hər iki mərhələni tamamladıqdan sonra gənclərimizin “beyin yuma” prosesləri bütünlüklə baş tutduğuna görə onları özlərinə tabe edərək idarə etmək daha da asan olur. Beləliklə, gənclər etirazsız və tərəddüdsüz intihar və partlatma aktlarına cəlb olunur.
Xəvariclər davam edirlər
– Xəvariclər bu zamanda da davam edirlərmi? İŞİD-in İraq və Şamda öz dövlətini elan etdikdən sonra onların güclü dövləti olacaqmı?
– Bəli, xəvariclər çıxmaqda davam edir və son zamana qədər dayanmayacaqlar. Xəvaric adı təkcə Osman ibn Affana (Allah ondan razı olsun) və Əli bin Əbi Talibə (Allah ondan razı olsun) qarşı çıxanlara aid edilməməlidir. İŞİD-in özü bütün felləri və sifətləri ilə bu əsrin xəvariclərindəndir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) xəvariclərin zamanın sonunda çıxacaqları barədə xəbər verərək buyurmuşdur: “Son zamanda yaşları az, ağılları kəm (səfeh) qövm çıxacaqdır. Onlar yaradılmışların ən xeyirlisinin sözündən (hədislər, hökm Allahındır və s. kimi sözlər) deyərlər. İmanları onların boğazlarını keçməz. Ox şikardan (girib digər tərəfindən) çıxdığı kimi onlar da dindən çıxarlar. Onları harada görsəniz öldürün. Həqiqətən də onları öldürən üçün Qiyamət günündə əcr vardır”. (Buxari)
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) həmçinin xəvariclərin Dəccalın dövrünə qədər davam edəcəklərindən xəbər verərək buyurmuşdur: “Məşriq (gün çıxan) tərəfdən ümmətimdən olan insanlar çıxacaqdırlar. Quran oxuyarlar lakin, körpücük sümüklərini keçməz (mənasını anlamazlar). Onlardan hər dəfə bir buynuz çıxan zaman o buynuz kəsilər. Onlardan hər dəfə bir buynuz çıxan zaman o buynuz kəsilər. – Hətta bu sözü on dəfədən çox təkrarladı – Onlardan hər dəfə bir buynuz çıxan zaman o buynuz kəsilər. Hətta Dəccal onların qalıqları içində çıxar”. (Əhməd və digərləri səhih olaraq rəvayət etmişdirlər.)
Xəvariclər qara tarixlərindən bu günə qədər müsəlmanlara qarşı iddia etdikləri cihadlarında hələ də müvəffəq olmamışdırlar. Həmçinin İslam dininin ləkələyicisi olan öz fikirlərini daşıyacaq heç bir dövləti qurmaqda da müvəffəq olmamışdırlar. Əksinə onlar hər çıxdıqca məhv olunurlar və bununla da işləri bitir. Onlardan bir müddət sonra da digər xəvariclər çıxır və onlarla da digərlərinə olan şeylər yenə təkrarlanır. Bununla da Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) hədisinin doğruluğu öz əksini tapır.
Deyirik ki, İŞİD bu əsrin xəvaricidir. İddia etdikləri dövlətlərini və xilafətlərini elan etdikdən sonra artıq buynuzlarının ucu görünməyə başlamışdır. Sözsüz ki, buynuzları çıxandan sonra kəsiləcək və yenidən bu buynuz qayıdaraq ya İŞİD adı ilə ya da ki, digər bir adla üzə çıxacaqdır. Ona görə də dövlət və rəiyyət olaraq çıxan bu xəvariclərə qarşı həmişə hazır olmalıyıq. Çünki onlar axır zamana qədər çıxmaqda davam edəcəklər. Necə ki, bunu bizə Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) xəbər vermişdir. Bu səbəblə də biz davamlı olaraq gənclərimizi təkfir və radikal fikirlərdən qorumalıyıq. Onun üçün də gənclərimizin fikirlərini qoruyaraq müalicə edən bir plan irəli sürmüşəm.
“SələfXəbər.az” saytının redaksiyası tərəfindən hazırlanıb