Qamət Süleymanov: “Radikallıqla mübarizənin yolu maarifləndirmədir”
1. 277 dəfə baxılıb
“Azərbaycanda radikallığa qarşı mübarizə aparan yeganə məscid idi”.
“Dini radikallar həmişə olub və olacaq. Dini radikalların çoxalmasına dünyada gedən proseslər də təsir edir. Buna görə də, radikallıq həmişə olacaq. Onların kökünü kəsmək mümkün deyil. Sadəcə, qabaqlayıcı tədbirlər görülməlidir. Radikallıqla mübarizə onları həbs etmək demək deyil”.
“Sələf Xəbər” Ölkə.Az-a istinadən bildirir ki, bu sözləri danışan ilahiyyatçı Qamət Süleymanov Mübariz Qurbanlının fikirlərini şərh edərkən deyib.
“Bizə gəlincə, öz gücümüzə radikallıqla mübarizə aparmağımız mümkün deyil. Buna bizim gücümüz yetmir. Bildiyiniz kimi, məscidimiz hələ də açılmayıb. O, Azərbaycanda radikallığa qarşı mübarizə aparan yeganə məscid idi.
Mən çıxış yolunu maarifləndirmə işlərində görürəm. Çünki hər kəsə bəllidir ki, hər yeni döyüş ocağlaqrı yarandıqca, yeni dini qruplar da yaranır”.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Trend-ə müsahibəsində dini radikallarla bağlı bu fikirləri səsləndirmişdi: “Qoy bilsinlər ki, onlara qarşı bu mübarizə bir an belə dayandırılmayacaq! Biz ölkəmizdə həmin radikal qrupları tam aradan qaldırana qədər bu işləri davam etdirəcəyik”.
Sələf Xəbər: XX əsrin məşhur İslam alimi İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şariyyə fi kadayyə əl-asriyyə” 47)