Quranı anlamağın yeddi üsulu – İnfoqrafika
1. 754 dəfə baxılıb
Qurani-Kərim uca Allahın bizə göndərdiyi rəhmət və mərhəmətlə dolu kitabdır. Bu kitab bizə doğru yol göstərir və qəlblərdə olan xəstəlikləri təmizləyir.
Uca Allah buyurur: “52 – (Ya Rəsulum! Əvvəlki peyğəmbərlərə vəhy nazil etdiyimiz kimi) sənə də beləcə əmrimizdən olan bir vəhy (möminlərə mənəvi həyat verən Quran) göndərdik. Sən (bundan əvvəl) kitab nədir, iman nədir bilməzdin. Lakin Biz onu bəndələrimizdən dilədiyimizi haqq yola qovuşdurmağımız üçün bir nur etdik. Sən (onunla insanları) düz yola yönəldirsən (islam dininə dəvət edib haqqa qovuşdurursan).
53 – O Allahın yoluna ki, göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Bil ki, bütün işlər axırda Allaha qayıdacaqdır!” (əş-Şura surəsi).
Kitabın bu xüsusiyyətlərindən faydalanmaq üçün əvvəlcə onu anlamaq, daha sonra bildiyin və öyrəndiyinə riayət etmək lazımdır. Uca Allah buyurur: “29 – (Ya Peyğəmbər! Bu Quran) sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar!” (Sad surəsi).
Quranı asanlıqla anlamaq üçün qısa və faydalı üsulla sizə lazım olan əsas bəndləri təqdim edirik.