Sələf Xəbər


ANALİTİKA VƏ İSLAM, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Qüsülsüz halda oruc tutmaq olarmı? – Böyük Alimlər Heyəti

İyun 08
16:06 2017

Böyük alimlər heyətinə belə bir sual ünvanlanır: Gecə vaxtı cinsi yaxınlıq edib qüslünü pozan insan qüsl etmədən oruc tuta bilərmi?

Böyük alimlər heyəti belə cavab vermişdir:
Gecə həyat yoldaşı ilə yaxınlıq edən insan cənabətli halda oruc tuta bilər. O cümlədən qüslü gecə, yaxud gündüz yuxuda pollyusiya olmaqla pozulan insanın da orucu doğrudur. Belə hallarda qüslü sübh namazının vaxtı daxil olduqdan sonra almaqda heç bir qəbahət yoxdur. Orucu pozan amil sübhün vaxtından günəş batana qədər vaxt ərzində cinsi yaxınlıq etməkdir. Müvəffəqiyyət Allahdandır. Peyğəmbərimiz Muhəmmədə, ailəsinə və əshabına Allahın salavatı və salamı olsun.

Böyük alimlər heyəti:
Əbdüləziz bin Abdullah bin Bəzz – Heyətin rəisi
Əbdürrəzzaq Əfifi – Heyətin rəis müavini
Abdullah bin Quud – Heyətin üzvü

Sələf Xəbər: Bilmək lazımdır ki, oruc tutmaq üçün şəriət paklığı (dəstəmaz, yaxud qüsl) gərəkli deyil. Aişə (Allah ondan razı olsun) və Ummu Sələmədən (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) cənabətli olduğu halda sübh namazının vaxtı daxil olurdu. Namazın vaxtı daxil olandan sonra o qüsl alıb namazını qılar, oruc tutardı. Bu haqda rəvayəti Buxari 1926, Muslim 1109-cu rəvayətdə nəql etmişdir.

Digər xəbərlər