Sələf Xəbər


ANALİTİKA VƏ İSLAM, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Sələf Xəbər: Türkiyədə baş vermiş çevriliş cəhdinə münasibət

İyul 18
18:54 2016

Son zamanlar Müsəlman dünyasında çox acınacaqlı hallar yaşanmaqdadır. Ard-ardınca gələn fitnə dalğaları bir-birindən daha təhlükəli, daha fitnəlidir.

Bir neçə gün öncə qardaş Türkiyədə baş verənlər dediyimiz fitnə dalğasının bir hissəsi idi. Ölkənin müdafiəsi üçün tədarük edilmiş hərbi silah-sursatı xalqa, ölkə rəhbərinə qarşı yönəltmək həqiqətən də böyük fitnədir. Heç bir müsəlman diyarının belə bir fitnəyə məruz qalmasını arzu etmirik.
Yaradan Rəbbimizə şükür olsun ki, Türk xalqı bu hadisədə ən az itki ilə qalib oldu. Ölkənin əminamanlığını pozmağa cəhd edənlər isə hazırda özlərinin layiq olduqları cəzanı almaqdadırlar.
İslam tarixinə nəzər salsaq görərik ki, tarix boyu bu növ qiyamlar, dövlət çevrilişləri heç vaxt xeyir gətirməmişdir. Hansısa dövrdə hərbi yolla çevriliş baş tutub, amma bu o demək deyil ki, həmin çevriliş ölkə, ölkə əhalisi üçün rifah, daha gözəl həyat gətirib. Əksinə bu kimi hallar ölkə iqtisadiyyatını tənəzzülə uğradan, hərc-mərcliyə yol açan, dərin problemlər gətirən hallardır.

Nümunə üçün Suriyada baş verənlərə nəzər salmaq kifayətdir. (Linkə keçid edib Suriyanın müharibədən əvvəl və sonrakı halı görə bilərsiniz)

İslam dini bütün növləri ilə müsəlman rəhbərə qarşı çıxmağı haram hesab edir. Məlumdur ki, hər bir haram işin ya fərdə, ya da cəmiyyətə mənfi təsiri, fəsadı olur. Üsyan, nümayiş, çevriliş, mitinq və sairə bu kimi fəsadlı haram əməllərin də nəticəsi ümumi rifaha, camaata təsir edir. Hələ İslamın ilk vaxtlarında üçüncü xəlifə Osman bin Əffana (Allah ondan razı olsun) qarşı qalxan üsyan dalğası və onun qətlə yetirilməsi ilə nəticələnən fitnə-fəsad, Əlinin (Allah ondan razı olsun) xilafətində baş verən hadisələrin əsas səbəbi idi. Osmanın (Allah ondan razı olsun) qətli ilə əldə olunan fəsad uzun illər yaşadı, hətta bu gün də biz bu fəsadın nəticələrini yaşayırıq. İslam ümmətinin iki hissəyə, sünni-şiyəyə bölünməsi məhz bu fitnənin nəticəsidir.

Demək ümmətimizin ilk fitnəsi rəhbərə qarşı üsyan və suiqəsddən keçmişdir.
Bu səbəbdən Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) sağlığında bizi rəhbərə qarşı çıxmaqdan və rəhbərə aşkar şəkildə etiraz etməkdən çəkindirmiş, daha məqbul yollara yönəltmişdir.
Allahı və rəsulunu sevən hər bir müsəlman bu həssas məsələlərdə şəriət çərçivəsindən çıxmamalı, fitnə-fəsada səbəb olan işlərdən uzaq durmalıdır.

Digər xəbərlər