Şeyx Fövzan: İŞİD ekstremistləri məhv edilməyə layiqdirlər
5. 104 dəfə baxılıb
“Sələf Xəbər” SunnaPress xəbər portalına istinadən bildirir ki, Ali dərəcəli Alimlər Komitəsinin üzvü Şeyx Salih bin Fövzan əl-Fövzan (Allah onu qorusun) “Cəzirə” qəzetinə verdiyi müsahibəsində qeyd edib ki, ekstremist qruplaşmaların törətdiyi dağıntılar və qətllərin səbəbi Qurana, Sünnəyə və müsəlman icmasının əməlisaleh sələflərinin yoluna riayət etməmələridir.
Şeyx Fövzan əlavə edib ki, müsəlmanların öldürülməsi – xəvariclərin üslubudur. Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) onlar barəsində buyurmuşdur ki, onlar (xəvariclər) möminləri öldürəcək, lakin müşriklərlə vuruşmayacaqlar.
Ekstremizmin İŞİD kimi təzahürlərinə qarşı mübarizədə bu icmanın alimlərinin rolu barədə isə şeyx Fövzan bildirib: “Alimlərin rolu onlardan çəkindirmək, ideologiyalarının yalan olduğunu izah etməkdən ibarətdir. Alimlər onların (xəvariclərin) şərindən qorunmaq üçün məhv edilməyə layiq olduqlarını izah etməlidirlər. Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) xəvariclər barəsində buyurmuşdur: “Onlarla (xəvariclərlə) harada qarşılaşsanız – onları öldürün.”
Hal-hazırda ərəb ölkələrində baş verənlər və bu hadisələrin müsəlmanların imicinə təsiri barədə şeyx Fövzan qeyd edib ki, əgər müsəlmanlar Qurana, Sünnəyə və həqiqi şəriətə riayət etsəydilər, bütün bunlar heç vaxt baş verməzdi. Lakin, şübhəsiz ki, cari hadisələr dünyada müsəlmanların imicinə xələl gətirib. Şeyx Fövzan bəyan edib ki, bu imici yalnız Qurana və Sünnəyə qayıtmaqla bərpa etmək olar.
Səudiyyə Ərəbistanında təhlükəsizliyin və sabitliyin hökm sürməsinə gəlincə isə, şeyx Fövzan bildirib ki, buna səbəb Səudiyyə Ərəbistanı əhalisinin Qurana və Peyğəmbərin Sünnəsinə uyğun yaşaması, öz rəhbərlərinə tabe olmasıdır. Necə ki, Uca Allah buyurur: “Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın!” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 103-cü ayə).