Terror məsuliyyətini təkcə müsəlmanlar daşıyırmı?
1. 792 dəfə baxılıb
“Sələf Xəbər” aawsat.com- a istinadən “Terror məsuliyyətini təkcə müsəlmanlar daşıyırmı?” adlı maraqlı məqaləni sizə təqdim edir:
Görünür terrorun məsuliyyətini yalnız İslam daşıyır demək asan, terrorun məsuliyyətinin bir hissəsini də qərbin, daha dəqiq desək qərb hökumətlərinin daşıdığını demək isə çətin olmağa başlamışdır. Təqribən, dünyada baş verən iti çəkişmə kölgəsində, bəzən də iki Ərəb və İslam aləmindəki çaxnaşmalarda bu mövzunu hər tərəfli, hər bir ölçüsü ilə məntiqə uyğun və həssaslıqdan uzaq olaraq çözmək çətinləşmişdir. Sözsüz ki, əgər dünya həqiqətən də bu xəbis və xətərli bəlanı məğlub etmək istəyirsə…
İslamın bütünlüklə terrordan məsul olduğunu hesab edən səslər tapmaqda çətinlik çəkməzsən. Eləcə də, cavab olaraq qərbin bütünlüklə terrordan məsul olduğunu deyən səslər də əldə etməkdə çətinlik çəkməzsən. Lakin bunlarla onlar arasında xətlərin bir-birinə qarışdığı yerlər vardır. Töhməti, məsuliyyəti təkcə İslamın, müsəlmanların üzərinə ataraq ağ bəraət kartını qərbin bir çox hökumət və müəssisələrinə vermək mümkünsüzdür. Bəzi siyasətlər, müdaxilələr, müharibələrin də əli ilə terror və terrorçuların cücərərək qidalandığı ab-havadan söhbət açmaqdan uzaq olmaq düzgün deyildir.
Ağıllı bir kəsin müsəlmanların terrorun boy atdığı radikallıq iqlimindən məsul olduğunu, yaxud da bəzi övladlarının şərq və qərbdə terror, qətl, baş kəsmək kimi terror əməliyyatlarını həyata keçirtmələrini inkar etməsi mümkün deyil. Müsəlmanların üzərinə məsuliyyət düşür. Terrora, radikal fikrə, onun başçı və dəvətçilərinə qarşı olan rollarında baş verən nəticələrə mütləq olaraq dözmələri labüddür. İslam adını müdafiə etmək az bir qism olan radikalların hərəkətləri səbəbi ilə ona yapışan çirkinliklərdən təmizləməyi və cavanları azdıraraq terror yanğınına itələyən batil fikir ilə üz-üzə gəlməyi tələb edir. Müxtəsər olaraq, İslam dövlətləri daxilində orta yol (mötədillik) ilə kənara çıxmış (radikal) yol arasında, həmçinin, çoxluğu sülh sevər olaraq, dözümlülük nümayiş etdirənlərlə azlığı radikallığa meyl etmiş, həddi aşmış və nifrət nümayiş etdirənlər arasında müharibə gedir.
Digər bir tərəfdən də siyasətlər və müdaxilələr həyata keçirərək radikalların qidalanmasına yardım edən qərb hökumətləri məsuliyyət daşıyır. Qərbin 2001-ci ildə Sentyabr hadisəsindən sonra elan etdiyi terrora qarşı olan və o terrorla üz-üzə gələrək onu məğlub etmək üçün dünyanın həqiqi yardımlaşması lazım gələn beynəlxalq müharibəsi öz yolundan çıxaraq özbaşnalığa, zorakılığa gətirib çıxarmış, terrorun qidalanması, radikalların öz çağırışlarında istifadə etmələri üçün bir ab-hava yaratmışdır.
Bəzi qərb politoloqları obyektivlik və şücaət göstərərək Əfqanıstanda və İraqda olan hərbi əməliyyatların nəticələrini, yaxud da pilotsuz təyyarələrin terrorçularla yanaşı daha çox günahsız xalqın ölümünə səbəb olmasını pisləmişdirlər. Bundan əlavə İslam və müsəlmanlara qarşı nifrətin artmasına səbəb olanlar da az olmayıb. Həmin bunlar müsəlmanların çoxluğunu təşkil edən mötədilləri də yaralayan şüarlar səsləndirməkdən çəkinməmişlər. Bundan da yalnız hər iki tərəfin radikalları istifadə etmişdir.
Əgər radikallar tərəfindən nifrətə və radikallığa olan çağırışlar inkar edilirsə, belə də olmalıdır. Bəs, nəyə görə İslama və müsəlmanlara qarşı nifrət dolu çağırışlar eyni dərəcə ilə inkar edilmir?! Halbu ki, “dəb” olaraq bir çox qərb orqanları İslama olan hücumu asan sayır, bütün müsəlmanlar üçün şablon rəsm çəkməyə əl atır və beləliklə də, qərbdə müsəlmanlara qarşı olan kor-koranə düşmənçilik duyğuları yayırlar.
Bununla da, bir çox müsəlmanlar özlərinin hədəf olaraq dinlərinin gözdən salınmasını hiss edirlər.
Terror əməliyyatlarını terroru inkar edərək çəkinmədən və tərəddüd etmədən pisləyən müsəlmanların çoxluğunu təmsil etməyən bir azlıq həyata keçirir. Hətta, müsəlmanların özləri də terrorçuların və radikalların qurbanıdırlar.Eyni zamanda, ilk qurbanlar elə o müsəlmanlar özləridirlər.
Keçən ilin sonunda elan edilən rəqəmlərdən də məlumdur ki, 2000-ci ildən bu günə qədər dünyanın şahid olduğu terror əməliyyatları 107 min insanın ölümünə səbəb olmuş və bu öldürülənlərin də çoxu müsəlman ölkələrindədir. Son illərdə təkrarlanan bəzi suallar qarşısında qərb cavabsız qalmaqdadır. Məsələn: Nə üçün qərbdə doğularaq onların dəyərləri arasında böyüyən, məktəblərində dərs alan müsəlman gənclərini ələ almaqda terror qruplaşmaları və radikal fikirliləri müvəffəqiyyət qazanır? Nə üçün qərbli müsəlman gənc islamafobiya, düşmənçilik çağırışları və hər bir müsəlmana qarşı şəkk-şübhə ilə yanaşıldığını, həmçinin,özünün haqsızlığa uğradığını, təcrid, hədəf edildiyini hiss edir?!
Terror xoşagəlməz bir haldır. Lakin səbəbləri təkcə dini amilə bağlı olmayan mürəkkəb bir məfhumdur. Siyasi, ictimai, etnik və ya milliyyətçi çəkişmələrin qidalandırdığı hissiyyatlar vardır ki, radikallıq və terror cücərdən bir mühitə tökülür. Qərb özü də siyasi, dini və milliyyətçi terrordan əziyyət çəkmişdir. Lakin bu gün İslam və müsəlmanlara qarşı baş verən formada heç kəsin xristianlığı və ya bütöv bir xalqı terrorla bağladığını eşitməmişik.
Terrorla müharibə beynəlxalq səyi və bütün səbəbləri müalicə etməyi tələb edir. Müalicə olunan bu səbəblər içində radikal duyğular yaradan şərait və haqsızlıq, yaxud da alçaltmaq hissinə gətirib çıxaran amillər də olmalıdır. Bunlar olmadan biz boş bir dairədə firlanacağıq. Terror da insanları biçməkdə davam edəcək və İslam və qərb aləmi arasında böyük bir çat yaranacaqdır.
Sələf Xəbər: Təəssüf ki, “söz azadlığı” prinsipinə əsaslanaraq, Qərbdəki bir çox hökumətlər İslama və müsəlmanlara münasibətdə nifrətin və təhqirlərin yayılmasına mane olmur. Lakin haqlı olaraq bir sual yaranır: nə üçün Qərb “söz azadlığı” prinsipini antisemitizmin təzahürlərinə dair tətbiq etmir? Axı, məlumdur ki, antisemitizm və Xolokostun inkar edilməsi bir çox Qərb ölkəsində təqib edilən cinayətkar fəaliyyət hesab olunur.
Beləliklə, “söz azadlığı” prinsipinin mövcudluğuna baxmayaraq, bu ölkələrin qanunları sayı bütün dünya üzrə 15 milyonu keçməyən dini icmanı müdafiə edir, və onları təhqir edən və hissiyyatlarına toxunanları cəzalandırır. Bəs, niyə milyard yarımdan artıq olan müsəlman icmasının təhqir edilməsi haqqında söhbət getdikdə, dərhal “söz azadlığı” prinsipi yada düşür? Məgər bu ədalətdir?Bizim dinimizə gəlincə, İslam antisemitizmi qadağan edir. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Ərəbin qeyri-ərəb üzərində üstünlüyü yoxdur. Qeyri-ərəb də, ərəbdən üstün deyildir. Necə ki, ağ dərili qaradərilidən, qaradərili isə ağ dərilidən üstün deyildir. Bir insanın o birilərindən üstünlüyü yalnız təqva ilədir!” (Əhməd)
Bu ədalətsiz və amansız müharibələr Qərb ölkələrində terror aktları törədən xəvariclərin hərəkətlərinin nəticəsi oldu. Bu sözdə “islam uğrunda döyüşçülər” adlandırılan kəslərdən soruşmaq istərdik ki, siz İslama hansı xeyir gətirdiniz? Qərb ölkələrinin bir neçə min günahsız vətəndaşını öldürüb, nəyə nail oldunuz?
Bu düşüncəsiz terror aktları nəticəsində, qərb ölkələri, terrorçuluqla mübarizə bəhanəsi ilə, Əfqanıstana və İraqa zorla girdilər. Müsəlmanların qanı töküldü, bir çox insanlar evlərini və daimi yaşayış yerlərini itirdi, həmin ölkələrin iqtisadiyyatı isə dağıldı.
Dünya cəmiyyəti gözündə İslam zorakılıq və qəddarlıq dini kimi təqdim edildi, insanlar saqqallı kişilərdən və hicablı qadınlardan və İslamla bağlı olan hər şeydən qorxmağa başladılar. Bu hal elə bir miqyasa çatdı ki, demək olar hər bir müsəlman bunu öz üzərində hiss edə bildi. Fəsadçı insanlardan ibarət kiçik bir qrupun milyardlıq müsəlman icmasının həyatına göstərdiyi təsir heyrətləndiricidir.
Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (“Şərhu usul ət-təfsir”)