Sələf Xəbər


ANALİTİKA VƏ İSLAM, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Zül-hiccə ayının ilk on gününün fəziləti

Avqust 21
17:11 2017

Bir çox günlər vardır ki, onların sayı az, öz­lə­ri isə mübarək günlərdir. Belə günlərdən biri də Zül-hiccə ayı­nın ilk on günüdür. Bu günlər xeyir, bə­rəkət, səadət və nicat günləridir. Bu günlərin sa­va­­bını qazanmağa çalı­şanlar onun bəhrəsini bu dün­­yada və axirətdə gö­rə­cək­lər. Allah təala buyu­rur: (Ya Rəsulum!) De: “Allahın neməti və mər­hə­mə­ti ilə – ancaq onunla sevinsinlər. Bu onla­rın yığ­dıq­la­rın­dan (fani dünya malından) daha xeyirlidir!” (Yunus: 58)

Bu günlərdə edilən saleh əməllər ilin başqa  gün­­lə­rində edilən əməllərdən Allaha daha xoşdur. Sə­lə­­filər “üç onlu­ğu” hər zaman təntənəli günlər he­­sab edirdilər. Bunlar: “Zül-hiccənin ilk on günü, Ra­ma­za­nın son on günü və Məhərrəm ayının ilk on gü­nüdür”.

İbn Abbas (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə bu­yur­du­ğu­nu demişdir: “İlin başqa günlərindən fərqli ola­raq, bu on gündə edilən əməl Allaha daha xoş­dur” Sə­­habələr dedilər: Hətta Allah yolunda cihad da?! Pey­ğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Hətta Allah yo­lunda edi­lən cihad da. Yalnız öz malı və canı ilə Allah yo­lun­da cihada çıxıb heçnəsiz qayıdan (yəni, şəhid olan – tərc.) kişi müstəsnadır” (Buxari: 2/457).

Allah təala Zül-hiccə ayının ilk on gününü Öz kitabında qeyd edərək buyurmuşdur: “And ol­sun dan yerinə. And olsun on gecəyə” (əl-Fəcr: 1-2). İbn Kəsir bir təfsir alimi kimi deyir ki, burada deyilən “on gün” Zül-hiccənin ilk on günüdür.

Allah təala buyurur: “Belə ki, öz mənfəət­lə­ri­nin şahidi olsunlar və məlum günlərdə Allahın on­lara ruzi verdiyi heyvanların üstündə (onları qurban kə­sərkən) Onun adını çəksinlər (bismillah desinlər). On­lardan özünüz də yeyin, biçarə (za­vallı) yox­sul­la­ra da yedirdin!” (əl-Həcc: 28). Alim­lər ayədə deyi­lən “məlum günlərdə…” sözünün Zül-hiccə ayının ilk on günü olması qənaətindədirlər. İbn Abbas (Allah ondan razı olsun) de­yir: “məlum günlər Zül-hiccənin ilk on günüdür”.

Abdullah İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə bu­yurduğunu deyir: “Bu on gün Allah yanında əzə­­mətli və sevimli gündür. Bu gündə edilən saleh əməl­lər Allaha daha xoşdur. Siz də bu vaxtlar çoxlu təh­lil (Lə iləhə illəllah), təkbir (Allahu əkbər) və təh­mid(Əlhəmdu lilləh) edin” (Hədisi imam Əhməd rə­va­yət edib və Əhməd Şakir isnadının səhih olduğunu qeyd edib)Zül-hiccənin on günlərindən:

A.            Ərəfa günü:

Bu gün, uca Allah tərəfindən dinin tamamlandığı məşhur gün­dür. Bu gün bağışlanma və Cəhənnəmdən qur­tul­­ma günüdür. Cəhənnəmdən xilas olanların çox­lu­­­ğun­dan bu gündə şeytan daha zəlil, təh­qir­olun­muş və qəzəbli olur. Allah Ərafa günündə mə­lək­lə­rin yanında yer əhli ilə iftixar edir. Bu gündə oruc tut­maq həcc etməyənlərə aiddir. Əbu Qatadə (Allah ondan razı olsun) de­yir ki, Ərafa günü tutulan orucun fə­zi­ləti haqqında Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) soruşduqda o buyurdu: “Bu gün­də tutulan oruc, əvvəlki və ondan sonrakı ilin gü­nah­­­larını bağışlar” (Müslim). Aişə (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə bu­yur­duğunu rəvayət edir: “Allah bən­də­lə­ri­nin çoxu­nu Ərafa günü Cəhənnəmdən xilas edir. Bu gündə Allah bəndələ­rinə daha yaxın olur və mə­lək­lərinin yanında onlarla fəxr edir” (Müslim). Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) bəzi zövcələri deyirlər: “Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Zül-hiccənin doqquzu, aşura gü­nü­nü və qa­lan ayların üç gününü oruc tutardı…” (Əbu Davud və Nəsai. Albani hədisin səhih olduğunu qeyd edib).

B.             Qurban günü

Bu gün əzəmətli həcc günüdür. Ərafada da­yan­­dıqları andan həmin gündə həcc edənlər ba­ğışlanır, müsəlmanlar İslamın beşinci əsası olan həcci ye­k­un­laşdırırlar. Müsəlman qardaş sənə, bu günlərdə bu ibadətləri etməyi tövsiyə edirəm:

* Tövbə etmək: Onun şərt­ləri bunlardır: Tam mütiliklə əstəğfirullah demək, edilən gü­na­­hı tərk etmək, qəlb ilə bir daha bu işə qayıt­ma­ya­ca­­ğına əmin olmaq, yaramaz dostları tərk etmək və haq­qını əlindən aldığın kimsənin haqqını qay­tar­maq.

* Zül-hiccənin doqquzuncu (Ərafa) günü oruc tut­maq.

* Zül-hiccənin ilk on günündə çoxlu təkbir (Allahu əkbər)təhmid (əlhəmdulilləh), təhlil (lə iləhə illəllah)təsbih(sübhənəllah) demək Sünnə qayda­la­rın­­dandır. Bunu özünün və yanındakıların eşidə bi­lə­cəyi bir səslə yolda, məsciddə, evdə və Allahı zikr et­mək mümkün olan yerlərdə ibadətin şənini yük­səlt­mək və Allahın əzəmətini bildirmək üçün de­mək olar. Çünki Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurub: “Siz də bu vaxtlar çoxlu təhlil (Lə iləhə illəllah), təkbir (Allahu əkbər) və təhmid (Əlhəmdu lilləh)edin”.

* Edilən saleh əməlləri daha da çoxaltmaq. Bu haqda Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurub: “Bu on gün Allah yanında əzəmətli və sevimli gündür. Bu gündə edilən saleh əməllər Allaha daha xoşdur….”

* Qurban kəsmək.

Qurbanlıq və onun əhkamları!

Allah təala buyurur: “Onların nə əti, nə də qa­nı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yal­nız sizin təqvanızdır(səmimi-qəlbdən etdiyiniz iba­dətdir). Allah sizi doğru yola yönəltdiyi (sizə həc­cin əməllərini göstərdiyi) üçün Onu (layiqincə) uca tu­ta­sınız deyə, bunları sizə belə ram etdi. (Ey Muhəmməd!) Yaxşılıq edənlərə (Cənnətlə) müjdə ver!” (əl-Həcc: 37)“Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!” (əl-Kövsər: 2).       

Qurban nədir?

Qurban Zül-hiccənin onunda bayram nama­zın­dan sonra Allaha yaxınlaşmaq niyyəti ilə kəsilən hey­van­dır.

Qurbanın hökmü!

Qurban kəsmək təkidlə buyurulmuş Sünnə­lər­dəndir. Hənəfi məzhəbinə görə isə imkanı olan­la­­ra hər il vacibdir. Qurban kəsmək bayram nama­zın­dan sonra, Allaha ən sevimli olan əməllər­dən­dir.

Qurbanın fəziləti!

Uca Allahın Öz Peyğəmbərinə (Allahın ona salavat və salamı olsun) qurban kəsməyi əmr etməsi, Allah yanında bu əməlin nə qədər fəzilətli olması anlaşılır.

Qurbanın hikməti!

* Allaha yaxınlıq.

* Əcdadımız İbrahimin u sünnəsini di­rilt­mək. O, öz oğlu İsmail üçün qoyun kəsmişdir.

* Bayram günü ailə üçün rahatlıq, kasıb və fağırlar arasında mərhəmət və müsəlmanların birinin digərinə köməyi.

* Bu heyvanları insanlar üçün ram etdiyinə görə Allaha həmd etmək.

Qurbanlıq heyvanın növləri və yaşları!

Qoyun və ya qoç: Altı aydan böyük olma­lıdır.

Keçi: Bir yaş və ya çox.

İnək: İki yaşı tamamlanmalıdır.

Dəvə: Dörd yaşı tamam olmalıdır.

Qurbanlıq heyvanın şərtləri!

Qurbanlıq heyvanda heç bir eyib: bir gözü kor, ayağı axsaq, arıq, halsız, xəstə, buynuzu dibin­dən sınmış və ya qulağı dib­in­dən kəsilmiş – olma­ma­­lı­dır. La­kin buynuzda olan az sınıq və qulaqda olan az kə­si­yin eybi yoxdur.

Qurbanı kəsməyin vaxtı, bayram namazın­dan son­ra başlayır və bayramın dördüncü günü əsr na­ma­zı­na qədər davam edir.

Kəsilmiş heyvanın bölünməsi!

Yaxşı olar ki, qurbanlıq heyvan üç hissəyə bölün­sün. Bir hissəsi kasıblara sədəqə kimi paylansın, bir his­səsi kasıb və ya varlı olmasından asılı olmayaraq ya­xın qonşulara, dostlara və qohumlara verilsin, bir his­səsi də qurban kəsdirənin özü və ailəsi üçün saxlansın.

Qurban kəsənin edəcəyi müstəhəb əməllər!

Qurban kəsmək istəyən Zül-hiccə ayının bi­rin­­dən etibarən saçını və dırnaqlarını qırx­ma­ma­lı­dır. Ba­car­dığı qədər heyvanı özü kəsməlidir. Kəs­mə­yi ba­car­mayanlar həmin vaxt kəsdirdikləri hey­va­nın ya­nında olmalıdırlar. Qurbanını qibləyə tərəf yönəldib: “Bismilləh vallahu əkbər, Allahummə, hə­zihi minkə və ləkə, Allahummə həzihi anni və an əhli” (bunun mənası: Allahın adı ilə. Allah hər şeydən uca­dır. Allahım, bunu mənə Sən vermisən və mən də onu Sənin üçün kəsirəm. Allahım bu mənim və ailəmin əvə­zinədir. (Yaxud: Allahım, bu, filankəs və onun ailə­si­nin əvəzinədir.)). Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) etdiyinə uy­ğun olaraq heyvanın qara ciyərindən yemək yaxşıdır.

Diqqət!

  • Bir qoyun bir nəfər və onun ailəsinin əvəzinə kə­si­lə bilər. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) iki qoyun kəsir və biri haq­da deyir: “Allahım, bu, Muhəmməd və onun ailəsi üçün­dür”. İnək və dəvə  isə yed­di nəfər və onla­rın ailə­sinin əvəzinə kəsilə bilər. Ölən adam və­siy­yət edib­sə, onun əvəzinə də kəsmək yaxşıdır. Hətta və­siy­yət etməsə belə onun adını ailə ilə birlikdə hal­landırmaq olar.
  • Qəssaba əməkhaqqı olaraq qurban əti vermək ol­maz. Əməkhaqqını pul verdikdən sonra, əti sədə­qə ki­mi vermək olar.
  • Qurban kəsə bilməyən kasıbların əvəzinə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) qurban kəsmişdir. O, ikinci qoyunu kə­sərkən demişdi:“…Allahım bu isə mə­nim və üm­mə­timdən qurban kəsməyənlərin əvə­zi­nə­dir”.
  • Yaşadığı yerdən asılı olma­yaraq qurban kəsdirməyi başqasına tapşırmaq olar.

Digər xəbərlər