Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan alimləri vulkan palçığının tibdə tətbiqinə dair biznes-layihə hazırlayıb

Avqust 22
17:21 2014
0 şərh

“Sələf Xəbər”-in ICTnews-a istinadən verdiyi məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzi (EİM) “Vulkan palçığının müalicəvi xüsusiyyətləri və onun tibdə tətbiqində innovativ yanaşmalar” adlı innovativ biznes – layihə hazırlayıb.

Layihə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun əməkdaşı, geologiya-mineralogiya elmləri doktoru Çingiz Qaşqayın rəhbərlik etdiyi elmi-texniki tədqiqata əsaslanır. EİM-dən bildirilib ki, dünyada 700-dən çox müxtəlif palçıq vulkanı vardır ki, onlardan 300-ə yaxını Azərbaycanda yerləşir:

“Vulkan palçığı yüksək konsentrasiyalı palçıqlardan fərqli olaraq daha yumşaq təsir göstərir. Onun tərkibində yodun suda həll olunan duzları, brom, sink, mis, litium və s. bioloji aktiv təsirə malik olan unikal maddələr vardır. Məhz palçığın tərkibinin kompleksliyi və nisbətlərin həmahəngliyi təkrar olunmayan müalicə effektini təmin edir. Vulkan
palçığı səthi mənşəli palçıqların digər növlərindən fərqli olaraq, mövsümi və iqlim təsirlərindən asılı deyildir – hər zaman öz tərkibi, xüsusiyyətlərini qoruyur. Onun təbiiliyi və müalicəvi kompozisiyası xəstələrdə inam yaradıb”.

Digər xəbərlər

0 şərh

Hələ şərh yoxdur!

Hal-hazırda heç bir şərh yoxdur. Siz şərh yazmaq istəyirsiniz?

Yeni şərh əlavə et

Şərh əlavə et

E-poçt ünvanından dərc olunmayacaq.
Lazım alanlar qeyd olunur *

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930