Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycan Qırğızıstana 10 min 48 ton şəkər tozu göndərəcək

İyul 21
11:23 2014

“APA-Economics” Qırğızıstan hökumət aparatının informasiya təminatı şöbəsinin yaydığı məlumata istinadən xəbər verir ki, Azərbaycan Qırğızıstana 16 vaqon (1024 ton) şəkər tozu göndərib. Bu, ərzağın ikinci partiyasıdır. İlk partiya 960 ton təşkil edib.

Əhalinin şəkər tozuna tələbatının artdığı yay mövsümündə, sərfəli qiymətə Bakıdan Bişkekə bu ərzağın tədarük edilməsinə dair müqavilə imzalanıb. Müqavilə Qırğızıstan Maddi Ehtiyatlar Fondu ilə Azərbaycan Şəkər Zavodu arasında imzalanıb. Sənədə əsasən, Bişkekə 10 min 48 ton (157 vaqon) həcmində şəkər tozu ixrac ediləcək.

Qırğızıstan tərəfi müqavilə üzrə 7 min 168 ton həcmində şəkər tozunun qiymətini ödəyib. Qeyd edək ki, Bakıdan Bişkekə göndəriləcək üçüncü partiya 24 vaqon – 1 536 ton təşkil edəcək.

 Sələf Xəbər: Uca Allah dedi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”. (Müqəddəs Quran, “İbrahim” surəsi, 7-ci ayə).

“Allaha şükr edən hər kəs, daha artıq nemətə nail edilir. Əksinə, kim ki, Allahın xeyirxahlığına naşükürlük göstərirsə, özünü sərt cəzaya məhkum edir ki, bunun da bir qismi – Allahın mərhəmətindən məhrum olmadır. Allaha minnətdarlıq bildirmək, yəni şükr etmək üçün bütün qəlbi ilə Onun mərhəmətini etiraf etməli, əta etdiyi nemətlərə görə Ona həmd etməli və onlardan ancaq Allah xatirinə həyata keçirilən məqsədlər üçün istifadə edilməlidir. İnsan belə etmədikdə, o, naşükür bəndə hesab olunur.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər