Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan Rusiyadan təlim-döyüş təyyarələri alacaq

İyul 30
16:08 2014

APA xəbər verir ki, Rusiya Azərbaycana Yak-130 (NATO kodu «Mitten») təlim-döyüş təyyarələrinin ixracına hazırlaşır. Təlim-döyüş təyyarələrinin istehsalçısı “İrkut” şirkətidir.

Şirkətdən APA-ya verilən məlumata görə, Rusiya tərəfi təyyarənin Azərbaycan Hərbi Hava Qüvvələri üçün təqdimatını keçirib.

Ötən il Rusiyada səfərdə olan Azərbaycanın hərbi pilotları təyyarədə uçuşlar həyata keçirib, texniki-taktiki göstəriciləri ilə yaxından tanış olublar.

“Bəzi prosedurlar həyata keçirilir. Düşünürük ki, Azərbaycan yaxın gələcəkdə Yak-130 istifadəçisi olan ölkələr siyahısında yer alacaq”, – deyən şirkət nümayəndəsi Azərbaycanın konkret olaraq neçə təyyarə alacağını açıqlamayıb. İkiyerli təlim-döyüş təyyarəsi olan Yak-130 “4++” və “5”-ci nəsil döyüş təyyarələrinin pilotlarının hazırlanması üçündür.

Təyyarənin silahlanmasında idarə olunan və olunmayan raketlər yer alır. Hazırda bu təyyarələr Rusiya, Belarus və Əlcəzairin silahlanmasında yer alır.

 Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın…” (Müqəddəs Quran, “Ənfal” surəsi, 60-cı ayə).

“(Düşmənlərə) qarşı”, yəni sizi həlak etməyə və dininizi məhv etməyə çalışan düşmənlərinizə qarşı, “bacardığınız qədər qüvvə hazırlayın”, yəni müharibədə istifadə oluna biləcək hər bir şey: intellektual və fiziki güc, müxtəlif növ silahlar və döyüşdə tətbiq edilən digər şeyləri hazırlayın. Buraya həmçinin müxtəlif növ silahlar, müdafiə vasitələri, raketlər, təyyarələr, yerüstü və dəniz nəqliyyat vasitələri istehsal edən sənaye, eləcə də, qalaların, səngərlərin inşası, müsəlmanları gücləndirən və düşmənlərinin şərini dəf etməyə kömək edən məntiq və siyasət daxildir. Güclü olmaq, atəş açma qaydalarını və inzibati fəaliyyəti öyrənmək də həmçinin bunlara daxildir, elə buna görə, Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Bilin ki, güc – atəş açmaq bacarığıdır”.

Bu hökmə həm də döyüş əməliyyatları üçün zəruri olan hərbi texnikanın hazırlanması aiddir. Bu barədə Uca Allah buyurur: “…Və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız.” O vaxt onların düşməni qorxutduqları səbəb bu (döyüş atları) idi. Hökm həmişə səbəb ilə bağlıdır, buna görə, əgər düşməni ən çox qorxudacaq və ən böyük ziyan yetirəcək zirehli texnika və təyyarələr kimi bir səbəb mövcuddursa, elə bunları hazırlamaq və inkişaf etdirmək lazımdır.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər