Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanda dini düşmənçilik zəminində hakimiyyətin zorla ələ keçirilməsinə görə ömürlük cəza tətbiq olunacaq

Oktyabr 13
17:34 2016

Azərbaycanda dini fanatizm və dini düşmənçilik zəminində hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanmasına görə, ömürlük cəza tətbiq olunacaq.
Selefxeber.az-ın məlumatına görə “Report” xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən birgə iclasında Cinayət Məcəlləsinə yeni 278.2 maddəsinin salınması təklifi müzakirəyə çıxarılıb.
Dəyişiklik layihəsinə əsasən, Azərbaycanın konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsi 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulur.
Cinayət Məcəlləsinə yeni maddənin əlavə olunması təklifi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Qeyd edək ki, bu layihə Milli Məclisə Azərbaycan Prezidentinin imzası ilə daxil olub.

Digər qanun layihəsinə görə Azərbaycanda şəxsi hər hansı dinə etiqad etməyə məcbur edən şəxslər 5 ilədək müddətə həbs oluna bilər

Azərbaycanda dini düşmənçilik, radikalizm və ya fanatizm zəminində şəxsi hər hansı dinə etiqad etməyə məcbur edən şəxslər 5 ilədək müddətə həbs edilə bilər.
Cinayət Məcəlləsinə 167-1.4 maddəsinin əlavə edilməsi təklifi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılıb.
Yeni maddəyə əsasən, dini düşmənçilik, radikalizm və ya fanatizm zəminində şəxsi hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə, dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur edən şəxslərin 7000 manatdan 9000 manata qədər cərimələnməsi və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum edilməsi nəzərdə tutulur.
Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sələf Xəbər: Uca Allah Quranda buyurur: “Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz (bir-birinizə) düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində (bir-birinizlə) qardaş oldunuz.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 103-cü ayə).

Bu ayə onu göstərir ki, müsəlmanlar birləşməlidir, onlara cərəyanlara və təriqətlərə bölünmək qadağandır. Təəssüf ki, biz bu gün müsəlmanların bir-biri ilə ədavətdə olan müxtəlif firqələrə və cərəyanlara bölünməsini müşahidə edirik.

Hər bir təriqətin dini məsələlərin bir çoxuna fərqli yanaşması olduğu halda müsəlmanlar necə birləşə bilərlər? Cavab yuxarıda verilən ayədədir: “Hamınız Allahın ipindən möhkəm yapışın!” Bu necə bir ipdir? Bu ip elə Allahın həqiqi dini – İslamdır. Muhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) və onun səhabələrinin etiqad etdiyi İslam.

Səhih hədislərin birində rəvayət olunur ki, Muhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ümmətinin yetmiş üç qrupa bölünəcəyini və onların birindən başqa hamısının yanlış yolda olacağını qabaqcadan xəbər vermişdir. Ondan onların kim olması barədə soruşduqda, o “Onlar mənim və səhabələrimin olduğu yol ilə gedənlərdir” – demişdir. (İmam Əhməd rəvayət etmişdir).

İslamdakı cərəyanlar və təriqətlər isə yalnız Uca Allahın kamil və tamamlanmış dininə yeniliklərin gətirilməsi səbəbindən meydana çıxıb, halbuki, İslam özünün ilkin halında olduğu kimi etiqad edilməlidir.
Uca Allah buyurur: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim.” (Müqəddəs Quran, “Maidə” surəsi, 3-cü ayə)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930