Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Erməni siyasətçi: Qarabağı tez qaytaraq ki, normal yaşayaq

Dekabr 24
12:04 2014

“Qarabağı mümkün olan qədər tez verməliyik ki, Ermənistanın gələcək nəsilləri normal yaşaya bilsin”.

Keçən iyirmi il ərzində Qarabağın Azərbaycana qaytarılması üçün yetərincə sənəd bazası yaradılıb.

“Sələf Xəbər”-in ANS PRESS-ə istinadən məlumatına görə, bu barədə erməni jurnalist Haykazn Qaqriyan bu gün yazdığı “Moskva Qarabağ məsələsini həll etdi” başlıqılı məqaləsində bildirir.

Onun fikrincə, Ermənistanın Avrasiya İttifaqına girməsindən sonra Qarabağın Azərbaycanın nəzarətinə qayıtmaqdan başqa yolu qalmayacaq. “İrəvanın ictimai-siyasi elitası artıq raha nəfəs alacaq – uzun illərdir ki, onlar Qarabağ məsələsindən yaxa qurtarmağa çalışırdılar və nəhayət buna nail oldular”, – deyə Qaqriyan vurğulayır.

Onun fikrincə, bu əhval ruhiyyəni ən yaxşı şəkildə Erməni Milli Konqresinin üzvü Lüdmila Sarkisyan ifadə edir. “Qarabağı mümkün olan qədər tez verməliyik ki, Ermənistanın gələcək nəsilləri normal yaşaya bilsin və Avrasiya İttifaqına daxil olmaq bunun üçün yaxşı səbəbdir”, – deyə xanım siyasətçi erməni xalqına çağırış edib.

 Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 200-ci ayə).

“Allah əmr edir ki, insan səbrini yığıb sərhədlərdə xidmət etsin. “Səbrini yığmaq” dedikdə, bu, heç bir şəraitdə səbirsizlik göstərməməyi və həmişə düşmənlərə müqavimət göstərməyi nəzərdə tutur. “Sərhədlərdə xidmət etmək” dedikdə isə, düşmənin güclü zərbə endirə biləcəyi ehtimal olunan hüdudlarda və istiqamətlərdə əraziləri mühafizə etmək, düşmən ərazilərini müşahidə etmək və düşmənə niyyət etdiyinə nail olmağa imkan verməmək nəzərdə tutulur.

Əgər möminlər bu hökmləri yerinə yetirsələr, onlar mənəvi, dünyəvi və Axirət dünyasında bütün arzu etdikləri nə varsa, mütləq əldə edəcəklər və həmçinin, dəhşətli və xoşagəlməz nə varsa, onlardan xilas olacaqlar.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930