Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Həccin vaxtı məlum oldu

Avqust 08
13:20 2015

Qafqaz Müsəlmanları İdarəsi gediş qiymətlərini açıqladı.

Həcc ziyarəti arzusunda və imkanında olan möminlər müqəddəs yola hazırlaşır. Təxminən bir aydan sonra başlayacaq ziyarətə hələ sənəd qəbulu davam edir. Həcc vaxtının getdikcə yaya yaxınlaşması, hər il daha çətin başa gələn ziyarəti möminlər üçün asanlaşdırır.

“Sələf Xəbər”in Anspress.com-a istinadən məlumatına görə, Azərbaycanda Həcc ziyarəti üçün səfərə gələn ayın 11-də start veriləcək. Bu müqəddəs ziyarətdə iştirak etmək istəyənlər sənədləri avqustun 20-ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) qədər təqdim edə bilərlər.

Zəvvarlardan sənəd qəbulu üçün pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3×4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunu.

Qafqaz Müsəlmanları İdarəsindən bildiriblər ki, bu il Həcc ziyarəti üçün ayrılmış 2400 yerlik kvota hələ tam dolmayıb.

“Ziyarətə gediş payız fəslinin əvvəlinə təsadüf etsə, belə havaların ciddi bir şəkildə isinməsini gözləmirik. Havanın temperaturu o ölkədə normaldır və heç bir narahatçılıq yaratmır. Bizdə olduğu kimi orda da bütün hotellərdə xidmət yüksək səviyyədədir”, – deyə Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Fuad Nurulla bildirib.

Hər il olduğu kimi bu dəfə də zəvvarlara ziyarət iki formada təklif olunur. Şəraiti daha yaxşı olan hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşdirmə şərti təklif olunan variantın xərci 5750. Nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlı hotellərdə qalmaq üçün təklif olunan variant isə 4700 dollardır.

Bu il ilk dəfə olaraq ziyarət xərcləri ABŞ dolları ilə aparılır.

Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar ziyarət yalnız təyyarə ilə baş tutacaq. Uçuşları isə AZAL həyata keçirəcək.

Sələf Xəbər: Uca Allah buyurur: “Allah üçün həcc və ümrəni tam yerinə yetirin”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 196-cı ayə)

Digər xəbərlər