İslam Əməkdaşlıq Təşkilatı: “Dağlıq Qarabağda keçiriləcək “seçki” qanunsuzdur”
844 dəfə baxılıb
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi beynəlxalq ictimaiyyəti “seçki”ləri qeyri-legitim saymağa çağırıb.
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İyad Amin Mədəni (İyad Ameen Madani) mayın 3-də işğal altındakı Dağlıq Qarabağda separatçı rejim tərəfindən keçirilməsi planlaşdırılan “parlament seçkləri”ni pisləyib.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, Baş katibin bəyanatında bildirilir ki, bu seçki qanunsuzdur və BMT Təhlükəsizlik Şurasının, İƏT və ATƏT-in qətnamələrinin pozulması deməkdir. “İƏT baş katibi beynəlxalq ictimaiyyəti bu prosesi pisləməyə, onu qeyri-legitim hesab etməyə çağırır. Baş katib Azərbaycan Respublikasının münaqişənin sülh yolu ilə, müvafiq beynəlxalq təşkilatların qətnamələri, ölkələrin ərazi bütövlüyü prinsipi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həlli istiqamətində səylərini dəstəkləməklə bağlı İƏT-in sabit mövqeyini bir daha təkrar edir”.
Sələf Xəbər: Uca Allah hələ 1400 il bundan əvvəl bu insanları aşağıdakı kimi təsvir etmişdir: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 118-ci ayə)