Pakistanda istidən ölənlərin sayı artır – dindarlar orucu pozmağa çağırıb – FOTO
İyun 24
14:48
2015
995 dəfə baxılıb
Pakistanda anomal istilərdən ölənlərin sayı 700-ü keçib.
“Sələf Xəbər” Publika.az-a istinadən xəbər verir ki, istilər daha çox Kəraçi şəhərində qeydə alınıb. 20 milyon insanın yaşadığı şəhərdə havanın temperaturu 45 dərəcədən aşağı düşmür.
Kəraçi xəstəxanasına 3000-dən artıq insan müraciət edib. Son 3 gün ərzində Pakistanın ən iri meyitxanalarında 400-dən çox meyit saxlanılır. Artıq meyitxanada boş yerin olmadığı bildirilir.
Ən pisi isə odur ki, ölkədə şiddətli istilər müqəddəs Ramazan ayında başlayıb. Din adamları zəif insanları orucunu pozmağa və daim su içməyə çağırır.
Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ölənin qohumlarına aşağıdakı sözlərlə başsağlığı verərdi: “Həqiqətən də, Allah nə götürürsə Onundur. Nə verirsə o da Onundur. Onun dərgahında hər şeyin bir əcəli vardır. İndi isə səbr et və Allahdan savab um”. (Buxari)