Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Ərdoğan Çində uyğur türkləriylə görüşdü

Avqust 04
15:25 2015

“Sələf Xəbər” Avropa.infoya istinadən bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vəd etdiyi kimi, Çinə səfərində həm uyğur türklərinin məsələsini rəsmi səviyyədə qaldırdı, həm də özləri ilə görüş keçirdi.

Çində fəaliyyət göstərən İslam Dərnəyi üzvləri ilə görüşən Ərdoğan bildirib ki, hazırda bu ölkədə 35 min məscid, dini sahədə çalışan 40 min məmur var:

“Bizə təqdim etdikləri rəqəmlər həqiqətən də ümidvericidir. Çindəki İslam Dərnəyinin Türkiyədəki Dini İşlər Nazirliyi ilə sıx əlaqələri var. Onlara da açıq şəkildə bildirdik ki, bu birlik-bərabərliyi Çində öz aranızda da davam etdirin. Bunun fərqində olduqlarını gördük”.

Ərdoğan Çin kimi böyük və güclü bir ölkədə müsəlmanların da güclənməsini arzuladıqlarını bildirib.

Sələf Xəbər: Uca Allah buyurur: “Möminlər, həqiqətən də qardaşdırlar”. (Qurani-Kərim, “Hucurat” surəsi, 10-cu ayə)
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah Təala qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah Təala də onun işini dünyada və axirətdə asanlaşdırar. Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar” (Muslim 4\ 2074\ № 2699)
Başqa bir hədisdə isə Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyi rəvayət olunur: “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdə bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə bədənin digər üzvləri bir-birlərini, xəstə əzanın acısına görə yuxusuzluq və hərarətlə təsirlənərlər.” (Səhihi-Müslim, Birr və Sıla Kitabı, Hədis: 2586 (Səhih-Buxari, Səlat Kitabı, 88; Səhih Müslim, Birr Kitabı, Hədis: 65 (2585))

Digər xəbərlər