Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Kazan meri təkamül nəzəriyyəsinin tədrisinə qarşıdır

Avqust 26
15:40 2014

“Sələf Xəbər” lenta.ru-ya istinadən xəbər verir ki, Kazan şəhərinin meri İlsur Metşin məktəblərdə Çarlz Darvinin təkamül nəzəriyyəsinin tədris edilməsinə etiraz edib. O hesab edir ki, insanların meymunlardan törədiyini iddia etməklə müəllimlər uşaqları aldadırlar.

Bu bəyanatla şəhər meri təhsil işçilərinə həsr edilmiş konfransında çıxış edib: “Mən şəxsən oxumuşam ki, insanın və meymunun hüceyrələri fərqlidir. İstəməzdim uşaqlarım fikirləşsin ki, onlar Allahın təqdiri ilə yox, meymundan əmələ gəliblər” – Metşin bildirib. Kazan meri məktəblərdə Darvin nəzəriyyəsini federal səviyyədə keçirilməsi barədə məsələ qaldırmağı təklif edib.

Daha əvvəl məktəblərdə Darvin nəzəriyyəsinin tədris olunmasını Sankt-Peterburqlu deputat Vitaliy Milonov tənqid etmişdi. Parlament nümayəndəsi təkamül nəzəriyyəsinin sübut oluna bilmədiyini vurğulayaraq, onu məntiqsiz adlandırmışdı.

2012-ci ildə Dövlət Dumasının deputatı Vyaçeslav Lısakov məktəbliləri insanın mənşəyi barədə müxtəlif nəzəriyyələrlə, o cümlədən dini nəzəriyyələrlə tanış etməyi təklif etmişdi. Deputatın bu təşəbbüsü qəbul edilməmişdi, çünki həmin il məktəb proqramına, bu nəzər-nöqtəsinin əks etdirən “Dinin əsasları” adlı dərs artıq daxil edilmişdi.

Həmçinin oxuyun: İnsan meymundan əmələ gəlib?

 Sələf Xəbər: Uca Allah buyurur: “Biz insanı başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən yaratdıq.” (Müqəddəs Quran, “Hicr” surəsi, 26-cı ayə).

Başqa bir ayədə Uca Allah buyurur: “Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın (törədib yer üzünə) yayan Rəbbinizdən qorxun!” (Müqəddəs Quran, “Nisa” surəsi, 1-ci ayə).

Digər xəbərlər