Sələf Xəbər


İCMAL VƏ RƏY

 Son Xəbərlər

İnsan meymundan əmələ gəlib?

İyun 14
13:38 2014

Evolyusionist alimlər iddia edirlər ki, meymunabənzərlər doğrudan da mövcud olub. Həqiqətən də onlar mövcud olubmu və onlar bizim uzaq əcdadımızdırmı?

Bu suallara cavab verməyə paleontoloji salnamə kömək edəcəkdir. Paleontologiya göstərir ki, meymunlar daxil olmaqla canlı orqanizmlərdən heç biri meymunabənzərlərlə insan arasında bağlayıcı halqa deyil.

Evolyusionistlərin nöqteyi-nəzərinə görə, heyvanlar təkamül pilləsi üzrə inkişaf edib getdikcə daha çox həyata uyğunlaşırdı. Yalnız bir şey anlaşılmaz olaraq qalır ki, niyə “ibtidai” meymunlar fəsilələri qalıb, amma təkamül pilləsi üzrə irəli getmiş aralıq formalarının nümayəndələrindən heç biri qalmayıb? Niyə onların nəsli kəsilib, halbuki təkamül nəzəriyyəsinə görə, onlar həyata daha çox uyğunlaşmış olmalıdır?

Meymunabənzər insanların mövcudluğunu sübut etməyə çalışanlar, öz nəzəriyyəsini əsaslandırmaq üçün o qədər az materiala malikdir ki, onlar öz nəticələrinə yenidən baxmalı olur. Paleontoloji fraqmentlər o qədər kiçikdir ki, onları inandırıcı adlandırmaq olmaz. Evolyusionistlərdə, bir sıra sümüklər vardır, lakin onlara əsaslanaraq nə isə konkret olaraq yenidən yaratmaq mümkün deyil. Antropoloqlardan biri bu işi “Müharibə və sülh” romanının məzmununu kitabdan təsadüfən qoparılmış bir neçə səhifənin köməyi ilə bərpa etmək cəhdi ilə müqayisə edib. Bütün mövcud tapıntılar bir tabutda yerləşər, hətta boş yer də qalar. Bu həcmdə tədqiqat materialı hər hansı nəticələr çıxartmaq üçün son dərəcə azdır.

Bağlayıcı halqaların olmadığına görə, alimlər, minimal faktlara əsasən, “saxta varlıqları” uydurub onları real mövcud olan varlıqlar kimi təqdim edib. İnsanlar təkamül etdiyi halda, bu qəflətən deyil, tədricən, bir şəkildən başqasına keçməklə baş verir. Lakin bağlayıcı halqalara dair paleontoloji sübut yoxdur.

Meymunabənzər insanlar hansı görünüşdə olub? Dərsliklərdə görə bildiyimiz meymunabənzər insanların təsvirləri nəyə əsaslandırılmışdır? Adətən bu ancaq rəssamın fantaziyasıdır, çünki onların görünüşünə dair heç bir sübut yoxdur. Rəssamlar meymunla insan arasında ortaq bir şəkil tərtib etməyə məcburdur.

“Meymunabənzər insanların” mövcudluğunu hər vəchlə sübut etmək arzusunda olan bəzi alimlər, piltdaun adam barəsində olduğu kimi, yalanın qurbanı oldu. Demək olar ki, 40 il boyunca təkamül tərəfdarları onun həqiqi olduğunu hesab edirdi. Bu yalan 1953-cü ildə ifşa edildi. Belə ki, müasir metodların köməyi ilə aşkar edildi ki, meymunun və insanın sümükləri birləşdirilmiş və süni qocalmaya məruz qoyulmuşdur.

Onda sümük qalıqları tapılmış və meymunabənzər insan kimi təqdim edilmiş varlıqlar kim idi? Bu heyvanlardan biri – 70 milyon il əvvəl yaşadığı hesab olunan gəmiricidir. Ölçüsünə və formasına görə o sincaba bənzəyirdi. Bu heyvanlar insanların əcdadı idilərmi? Bunun sübutları yoxdur, çünki keçid halqası yoxdur. Gəmiricilər gəmirici idilər, gəmirici olaraq da qalıblar.

İnsanın əcdadı kimi təqdim edilən daha bir tapıntı Hindistanda aşkar edilmişdi. Bu 14 milyon il əvvəl yaşamış meymun idi. Onun qalıqlarına əsasən iki ayaqlı varlıq düzəldilmişdi və ramapitek adlandırılmışdı. Lakin bu tapıntı çox zəif idi, yalnız üst və alt çənənin fraqmentləri və bir neçə diş tapılmışdı. Bu azsaylı fraqmentlərə əsasən ayaq üstə düz yeriyən meymunabənzər insanın necə hazırlandığı tapmaca olaraq qalır.
Bu sahədə daha bir boşluq – avstarlopitekdir. Bu meymunun qalıqları 1920-ci ildə cənubi Afrikada tapılıb. Onu da həmçinin iki ayaq üzərində yeriyən təsvir edirlər. Onu tapdıqda nəhayət çatışmayan halqanın tapıldığını zənn etdilər.

Lakin sonrakı, daha dəqiq tədqiqatlar göstərdi ki, avstarlopitekin kəlləsi insanın kəlləsindən, əvvəllər düşünüldüyü kimi, təkcə ölçüsü ilə fərqlənmir. Bu kəllə insan deyil, meymun kəlləsinə oxşardır. Avstarlopitek insan olmayıb. Əgər bu gün sağ avstarlopiteklər tapsaydılar, onları ehtimal ki, başqa meymunlarla birlikdə heyvanat parkında yerləşdirərdilər.

Daha bir növ – homo-erektus (“dik yeriyən adam”) mövcuddur. Onun beyninin həcmi insan beynindən geri qalmır. Erektusun qalan sümüklərinin hamısı insan sümüklərindən fərqlənmir. Nə üçün onun qədim bir insan deyil, çatışmayan bir halqa olması barədə nəticə çıxarılır.
Almaniyada tapılmış neandertal, sözsüz, insan nəslindən idi. Əvvəlcə onu gictəhər üz ifadəsi, yarı bükülmüş ayaqlarla meymuna bənzər şəkildə təsvir etməyə başladılar. Amma bu gün artıq məlumdur ki, bu xəstəlik nəticəsində formasını dəyişdirmiş skeletə əsaslanan yanlış yenidənqurma idi. Neandertalın insan olmadığına dair heç bir sübut yoxdur.
Daha sonra neandertalın yeni təsvirləri çıxdı, bu şəkillərdə o insana daha çox bənzər görünürdü.
Analoji tapıntı Fransada da aşkar edilmişdi. Burada tapılan qalıqlar həmçinin insandan heç nə ilə fərqlənmirdi, buna görə onu çatışmayan halqa adlandırmaq olmaz.

Beləliklə, belə bir nəticə çıxarmaq olar ki, “meymunabənzər insanların” mövcudluğuna inanma əsassızdır. Bütün tapıntılar ya qədim insan, yaxud meymunlar ibarət olub.

Mənbə:İntrestin.ru

 Sələf Xəbər: Uca Allah buyurur: “Biz insanı başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən yaratdıq.” (Müqəddəs Quran, “Hicr” surəsi, 26-cı ayə)

Həmçinin Uca Allah deyir: “Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın (törədib yer üzünə) yayan Rəbbinizdən qorxun!” (Müqəddəs Quran, “Nisa” surəsi, 1-ci ayə)

Digər xəbərlər