Rusiyanın Suriyaya endirdiyi ilk aviazərbəsi mübahisələrə səbəb oldu – VİDEO
1. 059 dəfə baxılıb
Amerika Müdafiə naziri: “Rusiya odun üstünə yağ tökür və bu strategiyanın sonu uğursuzluqdur.”
Rusiya Müdafiə Nazirliyi Youtube kanalında “Suxoy-24” təyyarələrinin ilk aviazərbəsini əks etdirən videogörüntü yayınlayıb.
Amma bu görüntülər bir çox mübahisələrə yol açıb. İddia edilir ki, bu aviazərbələr heç də Rusiya Müdafiə Nazirliyinin iddia etdiyi kimi İŞİD terror xəvaric qruplaşmasına deyil, dinc əhalinin yaşadığı Hims və Həmat bölgələrinə endirilmiş zərbələrdir. Bombardman nəticəsində içərisində qadın və uşaqların olduğu xeyli sayda dinc sakin həyatını itirib.
“Sələf Xəbər” xarici mediaya istinadən bildirir ki, bu haqda məlumatı Suriya Müxalif Milli Koalisiya və İnqilabçı Gücləri məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyi əməliyyatın görüntülərini yayımlayıb, amma onun dəqiq hansı bölgədə olduğu qeyd edilməyib.
Suriya Müxalifəti bildirir ki, bombardman “bəraəti olmayan düşmənçilik, Suriyaya qarşı təcavüz və heç bir qanuna sığmayan addımdır. Eyni zamanda bu addım Moskvanın beynəlxalq öhdəliklərinə ziddir. Ələlxüsus zorakılığı qadağan edən və zorakılığın qarşısını alan addımların atılmasını tələb edən “Cenevrə-1” qərarına qarşıdır.”
Müxalif qüvvələr bombardman nəticəsində 40 nəfər dinc sakinin şəhid olduğunu bildirir.
Sələf Xəbər: Bu ədalətsiz və amansız müharibələr Qərb ölkələrində terror aktları törədən xəvariclərin hərəkətlərinin nəticəsi oldu. Bu sözdə “islam uğrunda döyüşçülər” adlandırılan kəslərdən soruşmaq istərdik ki, siz İslama hansı xeyir gətirdiniz? Qərb ölkələrinin bir neçə min günahsız vətəndaşını öldürüb, nəyə nail oldunuz?
Bu düşüncəsiz terror aktları nəticəsində, qərb ölkələri, terrorçuluqla mübarizə bəhanəsi ilə, Əfqanıstana və İraqa zorla girdilər. Müsəlmanların qanı töküldü, bir çox insanlar evlərini və daimi yaşayış yerlərini itirdi, həmin ölkələrin iqtisadiyyatı isə dağıldı.
Dünya cəmiyyəti gözündə İslam zorakılıq və qəddarlıq dini kimi təqdim edildi, insanlar saqqallı kişilərdən və hicablı qadınlardan və İslamla bağlı olan hər şeydən qorxmağa başladılar. Bu hal elə bir miqyasa çatdı ki, demək olar hər bir müsəlman bunu öz üzərində hiss edə bildi. Fəsadçı insanlardan ibarət kiçik bir qrupun milyardlıq müsəlman icmasının həyatına göstərdiyi təsir heyrətləndiricidir.
Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (“Şərhu usul ət-təfsr”)
Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!