Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Azərbaycana ikimərtəbəli qatarlar gəlir

May 26
13:28 2015

İlk “EŞ2” seriyalı ikimərtəbəli “Stadler Kiss” markalı elektrik qatarları “Ştadler-Minsk” zavodundan Azərbaycana göndərilib.

“Sələf Xəbər” Modern.az-a istinadən məlumat verir ki, Azərbaycana istiqamət alan qatarların şəkilləri “trainpix.org” saytında dərc olunub.

Xatırladaq ki, İsveçrənin “Stadler” şirkəti və “Azərbaycan Dəmir Yolları” QSC mayın 13-də Bakıda 5 KISS elektrik qatarının tədarükünə dair müqavilə imzalayıb. Sövdələşmənin dəyəri, təqribən 70 milyon avrodur.

Dörd vaqondan ibarət olacaq qatarlar 84-ü biznes sinifli olmaqla 396 sərnişin üçün nəzərdə tutulub.

İlk iki qatarı Azərbaycan bu ay əldə edəcək.

Digər üç qatar isə ilin sonunadək Azərbaycana göndəriləcək.

Bütün qatarlar hazırda təkmilləşdirilən 43 kilometrlik Bakı-Sumqayıt dəmir yolu xəttində istifadə olunacaq.

Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”. (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə)
Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanların bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar”.

Digər xəbərlər

ARXİV

Dekabr 2024
M T W T F S S
« Feb    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031