Dünya “Super Ay”ı müşahidə etdi – FOTO
1. 683 dəfə baxılıb
Cari ayın 14-ü uca Allahın yaratdığı möhtəşəm məxluqu Ayın Yerə yaxınlaşması – “Super Ay” müşahidə olunub.
Selefxeber.az xarici mənbələrə istinadən xəbər verir ki, məşhur fotoqraflar “Super ay”ı dünyanın müxtəlif ərazilərindən maraqlı formada kameralara çəkiblər.
Qeyd edək ki, bu hadisə sonuncu dəfə 68 il öncə təkrarlanıb.
Dünyanın müxtəlif ölkələrində çəkilmiş möhtəşəm fotoları sizə təqdim edirik.
Sələf Xəbər: Uca Allah buyurur: “O, gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda anlayan insanlar üçün əlamətlər vardır.” (Müqəddəs Quran, “Nəhl” surəsi, 12-ci ayə)
“Allah istəmişdir ki, gecə və gündüz, günəş və ay və həmçinin ulduzlar sizə xeyir versin və sizin mənafelərinizə xidmət etsin. Bu isə o deməkdir ki, siz onlarsız keçinə bilməzsiniz. Siz gecə vaxtı istirahət edir, dincəlir və yatırsınız, gündüz isə öz işlərinizin dalısınca gedərək, dünyəvi həyatınızı sahmana salmağa və dininizə fayda verməyə cəhd göstərirsiniz. Günəş və ay sizi işıq və şüaları ilə təmin edir və onların əsasında ağaclar gül açır, meyvələr yetişir, otlar və kollar boy atır, həm yerə və həm də məxluqlara ziyan vuran nəmişlik yox olur və soyuqlara son qoyulur. Yer üzündə həyatın onlarsız mümkün olmayacağı bu və çoxlu digər proseslər günəş və ayın varlığına möhtacdır. Bu iki səma cismi və habelə çoxsaylı ulduzlar göylərin yaraşığıdır və yerə qaranlıq çökəndə onlar insanlara quruda və dənizdə doğru yol göstərirlər. Onların sayəsində insanlar vaxtı dəqiq təyin edir və tarixi bilirlər. Bu məxluqlarda böyük sayda əlamətlər tapmaq olar ki, Allah onları anlayan insanlar üçün dəlillər adlandırmışdır. Belə insanlar, ağıllarını öz varlığının mənası üzərində və ətraflarında gördüklərinin, eşitdiklərinin üzərində düşünmək üçün istifadə edirlər. Onlar ətraf aləmə ağıldan məhrum olan heyvanların gözü ilə baxan laqeyd cahillərə bənzəmirlər.” (Bax “Təfsir Əs-Saadi”)